beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR) KƏRİM - ƏKRAM

əl-Kərim – Böyük, bol, şərəf mənasında işlədilmişdir. Rızqun Kərim – bol ruzi, Əcrun Kərim – böyük mükafat, Quranu Kərim – qiymətli, şərəfli Quran mənasındadır. «Çox qiymətli Qurandır». (əl-Vaqiə 77). Allahın qullarının etdikləri günahları gizlətməsi, onları ortaya çıxarmaması, qüsurlarını örtməsi Onun Kərəm sahibi olmasındandır. Mömin qullarının bəsit və kiçik itaətlərinə belə baxmayaraq böyük savablar verməsi Onun Kərəm sahibi olmasındandır. «Oxu, Rəbbin ən böyük Kərəm sahibidir». (əl-Ələq 3). «Ey insan Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir?».(əl-İnfitar 6). Kərim Ona üsyan edənləri, tövbələrini qəbul etməkdə ümüdsüz buraxmayan və onları sorğuya çəkmədən tövbələrini qəbul edəndir. Kərim Ondan istəyənləri boş qaytarmayan, Ona sığınanları tərk etməyən, nöqsansız və qüsursuz uca varlıqdır.
əl-Əkram – Allah Əkram – olduğunu ismi tafdil (üstünlük bildirən İsim) olaraq xəbər verməkdədir. Allah Əkramul-Əkram (Kərəm sahiblərinin ən üstünüdür). Ondan başqa mütləq Kərəm sahibi yoxdur, heç kimsə Kərəm sahibi olmadan Ona bənzər olmaz deməkdir.
(İbn Teymiyyə «Fətvaul Kubra» 16/293,296, Beyhəqi «Şərhu Əsməul Husnə» s. 264. )

«Oxu! Sənin Rəbbin ən böyük kərəm (ƏKRƏM) sahibidir». (əl-Ələq 3). İmam Qurtubi  deyir ki: «Əkram Allahın zatıyla əlaqəli, Kərim isə Onun feliylə əlaqəli bir sifətdir. Hər iki kəlimə də Kə-Rə-Mə sözündən törənmişlər.
(Qurtubi «Əsna fi Şərhi Əsmailləhil Husnə» 1/131,132.)

Bu açıqlamadan başa düşülür ki, Kərim və Əkram İsimləri eyni məna ifadə etməkdədirlər. Bu məna Allahın qullarına qarşı lütfkar və ehsan sahibi olmasıdır.
Allahın Kərim olmasının bir nümunəsi də göylərdə və yerdə olan her şeyi bütün insanların xidmətinə verdiyini və onlara boyun əydirdiyini bildirmişdir. «Göylərdə və yerdə nə varsa hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur». (əl-Casiyə 13). Həqiqətən də Allah Əkramul-Əkrəmindir. Kərəm sahiblərinin ən üstünüdür. Onun bənzəri bir Kərəm sahibi yoxdur.


Tarix: 05.05.2013 / 13:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Maraqlı melumatlar