beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏMİN UĞULTUSU VƏ QƏZƏBLİ QAYNAMASI

Allah-taala xəbər verir ki, Cəhənnəm uzaqdan öz əhlinin ona sarı gəldiyini gördükdə onlara qəzəbindən qorxunc səslərlə bağırar. Bu barədə Allah-taala buyurur: «O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu eşidərlər».

Digər bir ayədə isə belə deyilir: «Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): "Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?" - deyə soruşacaqlar».
İbn Abbas (Allah ondan razı olsun!) buyurur: «İnsan Cəhənnəmə atılacaq və elə bu zaman Cəhənnəm dişi qatırın erkək dəvəyə bağırtısı kimi ona bağıracaq. Sonra elə bir nərə çəkəcək ki, bu nərənin qorxutmağı bir nəfər belə qalmayacaq». Rəvayəti İbn Kəsir qeyd etmişdir, isnadı səhihdir.
Müsəlman qardaşım! Xəbərdar ol ki, bu necə də bədbəxt bir taledir! Bura necə də ümidsiz bir məkandır! Aqil insana ancaq bu barədə düşünmək və belə bir həyatı tez-tez xatırlamaq yaraşar. Qafil insan isə qəflət yuxusundan oyadılmalı və bu barədə xəbərdar olunmalıdır.

يا غافلا عن منايا ساقها القدر ماذا الذي بعد شيب الرأس تنتظر
عاين بقلبك إن العين غافلة عن الحقيقة واعلم أنها سقر
سوداء تزفر من غيظ إذا سعرت للظالمين فما تبقي ولا تذر
لو لم يكن لك غير الموت موعظة لكان فيه عن اللذات مزدجر

Tərcüməsi:
Ey qədərin bəxş etdiyi imtahanlardan qafil olan kəs! Saçlarına dən düşəndən sonra nəyi gözləyirsən?! Ayıl, qəlbinlə düşün, bax! Çünki göz həqiqəti görmür və bil ki, bu həqiqət zalımlar üçün yandırıldıqda qəzəbindən od püskürən, heç kəsi sağ qoymayan və salamat buraxmayan qara Cəhənnəmdir. Onu da bil ki, yalnız ölümü yada salmaq sənə şəhvani duyğulardan, ləzzətlərdən özünü qorumağa kömək edər.


Tarix: 04.05.2013 / 11:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar