beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XORA XƏSTƏLİYİ VƏ YARALARIN MÜALİCƏSİ

Əgər hər hansı bir insan bu növ xəstəliklərdən şikayətlənsəydi, yaxud onun bədənində yara və ya xora olsaydı, Allahın elçisi barmağını belə edərək deyərdi. Süfyan Peyğəmbərin –səllallahu aleyhi və səlləm- hərəkətlərini göstərmək məqsədilə şəhadət barmağını yerə vurdu, sonra isə qaldırıb belə dedi:

(( بِسْمِ اللهِ تُرْبَةُ أَرْضِنَا بِريقَةِ بَعْضِنَا يُشْفَى سَقِىمُنَا بِإِذْنِ رَبِّنَا ))
«Bismilləhi turbətu ardınə bəriqəti bə'dinə yuşfə səqimunə bi-izni rabbinə» (Allahın adı ilə! Yerimizin torpağı, bəzilərimizin tüpürcəyi ilə dərdimiz Allahın izni ilə şəfa tapar).
(Buxari, 10/206; Müslim, 4/1724)
Hədisin mənası ondan ibarətdir ki, o, şəhadət barmağını öz tüpürcəyi ilə yaşlar, sonra isə onu torpağa sürtərdi. Bəzi qum dənəcikləri onun barmağına yapışardı. Barmağı bədənin yara və ya ağrı olan hissəsinə çəkərək bu sözü deyərdi.


Tarix: 17.04.2013 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar