beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏMDƏ MÜVƏQQƏTİ QALMAĞIN SƏBƏBLƏRİ

1. Sələmçiliklə pul qazanmaq. «Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!»

Bu barədə Cabirdən rəvayət olunur ki, Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) sələmi yeyəni, sələm ödəyəni, şahid qismində iştirak edənləri və sələmin ödənilməsi haqda razılaşma müqaviləsini yazanı lənətləmiş və demişdir: «Onlar hamısı birdir». Hədisi Müslim rəvayət etmişdir.

2. İnsanların malını haqsız olaraq mənimsəmək. «Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!»

3. Yetimlərin mallarını haqsızlıqla yemək. «Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər».

4. Qəsdən adam öldürmək. «Hər kəs bir mö’min şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lə’nət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!»

5. Rüşvət almaq və ya vermək. Bu barədə Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurur: «Allah-taala rüşvət verənə də alana da lənət eləsin». Hədisi Tirmizi rəvayət etmiş, Albani isə hədisi səhih adlandırmışdır.

6. Xalqı aldatmaq və ona qarşı sədaqətli olmamaq. Bu haqda Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Allahın xalq üzərinə rəhbər təyin etdiyi insan ölərkən xalqını aldatmış vəziyyətdə ölsə, Allah ona Cənnəti haram edər». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

7. Yemək-içməkdə qızıl və gümüş qab-qacaqdan istifadə etmək. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Qızıl və gümüş qab-qacaqdan yeyib-içənin qarnında Cəhənnəm odunun səsi gələcəkdir». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

8. İnsanlar arasında elmsiz, yaxud haqsız, yaxud da qərəzli hökmlər vermək. Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Hakimlər üç qismə ayrılır. Onlardan ikisi Cəhənnəmə, biri isə Cənnətə düşəcək. Həqiqəti bilib ədalətlə hökm verən hakim Cənnətə, həqiqəti bildiyi halda ədalətsiz (qərəzli) hökm çıxaran və eləcə də həqiqəti bilmədən insanlar arasında elmsiz hökm çıxaran Cəhənnəmə düşəcək». Hədisi Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir, Hakim və əl-Albani isə hədisi səhih adlandırmışlar.

9. Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları fahişəlikdə ittiham etmək. Bu barədə Allah-taala Qurani-Kərimdə belə buyurur: «Zinadan xəbəri olmayan namuslu, ismətli mö’min qadınları zinada ittiham edənlər dünyada və axirətdə lə’nətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir».

10. [Alova] batıran and. Haris ibn Malik həccdə Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) iki cəmrə arasında olarkən belə deməsini eşitmişdir: «Kim yalan andla qardaşının malını mənimsəsə, öz yerini cəhənnəmdə hazırlasın. Eşidənlər eşitməyənlərə bunu iki-üç dəfə çatdırsın». Hədisi Əhməd və Hakim rəvayət etmiş, sonuncusu isə onu səhih adlandırmışdır.

11-12. Valideynlərə itaətsizlik və şərab içmək. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Mənnan,(Yaxşı əməl görərək bu haqda çox danışıb özünü öyən. )valideynlərə itaətsizlik edən və şəraba alüdə olan insanlar Cənnətə daxil olmayacaqlar». Hədisi Nəsai rəvayət etmişdir. Albani isə hədisi səhih adlandırmışdır.
13. Söz gəzdirmək. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Söz gəzdirən [nəmmamlıq edən] Cənnətə daxil olmayacaq». Hədisi Müslim rəvayət etmişdir.

14. Haramdan yemək. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Haramla yetişən hər bir cəsədə ən çox haqqı çatan Cəhənnəmdir». Hədisi Təbarani rəvayət etmişdir. Albani isə hədisi səhih adlandırmışdır.

15. Yalan və pozğunçuluq. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Yalançılıq pozğunluğa, pozğunluq isə Cəhənnəmə aparır. İınsan yalan danışır, və o dərəcədə yalana vərdiş edir ki, sonda Allah dərgahında ona yalançı adı yazılır». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

16. Qohumluq əlaqələrini kəsmək. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Qohumluq əlaqələrini kəsən Cənnətə daxil olmayacaq». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

17. Qonşuya əziyyət vermək. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Bəlalarından və şərindən qonşusunun əmin və salamat olmadığı insan Cənnətə daxil olmaz!» Hədisi Müslim rəvayət etmişdir.

18. Təkəbbürlük. Bu barədə İbn Məsudun Peyğəmbərdən (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) rəvayət etdiyi aşağıdakı hədisi qeyd etmək lap yerinə düşərdi. «Qəlbində zərrə qədər təkəbbürlük hissi olan Cənnətə daxil olmayacaqdır. Ondan: “İnsan paltarının, ayaqqabısının gözəl olmasını istəyir. Bəs onda necə?” – soruşduqda: “Allah-taala gözəldir və gözəlliyi sevər. Təkəbbürlük isə haqqı inkarı etmək və insanlara xor baxmaqdır” – deyə cavab verdi». Hədisi Müslim rəvayət etmişdir.

19. İntihar. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Özünü boğan Cəhənnəmdə də özünü boğacaqdır. Özünü vuran Cəhənnəmdə də özünü vuracaqdır». Hədisi Buxari rəvayət etmişdir.

20. Tatirovka və parik. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Allah parik qoyan və qoyduran, bədənə rəsm və ya yazı döydürən [tatirovka çəkən] və döydürtdürən qadınlara lənət eləsin!». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

21. Geyinmiş çılpaq qadınlar.Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Cəhənnəm əhlindən olan iki sinif insan var ki, onları görmədim. Onlardan biri geyinmiş çılpaq qadınlar, digəri isə başları uzunboğaz dəvələrin əyri hörgücü kimi olan forsla və onlara baxan kişilərə çiyinlərini oynada-oynada gedən qadınlardır. Onlar nəinki Cənnnətə daxil olmaq, hətta onun qoxusunu belə hiss etməyəcəklər. Halbuki onun qoxusunu elə buralardan da duymaq olur». Hədisi Müslim rəvayət etmişdir.

22. Kişilərin özlərini qadınlara, qadınların isə özlərini kişilərə bənzətməsi. Allahın elçisi (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) özlərini qadınlara oxşadan kişiləri və özlərini kişilərə oxşadan qadınları lənətləmişdir. Hədisi Buxari rəvayət etmişdir.
23. Heyvanlara əziyyət vermək. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) buyurmuşdur: «Mənə Cəhənnəm göstərildi. Orada İsrail övladlarından pişiyi ölənədək bağlı saxladığı və onun sərbəst dolaşmasına mane olduğu üçün əzaba düçar olunan bir qadın gördüm. Qadın pişiyi bağlı saxladığı müddətdə onu nə yedizdirmiş, nə də içizdirmişdir. Hətta yerdəki həşəratları yeməsinə belə imkan verməmişdir və pişik aclıqdan ölmüşdür». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

24. Zinakarlıq. Bu barədə Allah-taala buyurur: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!»

25. Möminlər arasında pisliyin və pis sözün yayılmasına can atmaq. Allah-taala buyurur: «Mö’minlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!»

26. Zəkat verməkdən boyun qaçırmaq. Allah-taala buyurur: «(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla mücdələ! O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): "Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!" - (deyiləcəkdir!)».

27. Özü etməyə-etməyə başqalrına xeyirli işlər görməyi əmr etmək və pis əməlləri qadağan etmək. Əbu Zeyd Üsamə ibn Zeyd ibn Harisədən (Allah ondan və atasından razı olsun!) belə deməsi rəvayət olunur: Allah elçisinin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə deməsini eşitdim: «Qiyamət günü adamı götürüb Cəhənnəmə atacaqlar. Onun qarnının bağırsaqları çıxacaq və uzunqulağın dəyirman daşında fırlandığı kimi fırlanacaq. Cəhənnəm əhli onun başına toplanıb: “Sənə nə olub, ey filankəs? Məgər sən bizə yaxşı işlər görməyi əmr edib pis işlər görməyi qadağan etmirdinmi?” – deyə soruşacaqlar. O da: “Bəli, yaxşı işlər görməyi əmr edər, lakin özüm onu etməzdim. Pis işlər görməyi qadağan edər, özüm isə onları edərdim” – deyəcəkdir». Hədisi Buxari və Müslim rəvayət etmişdir.


Tarix: 04.05.2013 / 11:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqlı melumatlar