Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhv səcdəsi hansı səbəblərə görə edilir

Əssalamu aleykum va rahmatullah


Səhv səcdəsi ümumiyyətlə 3 səbəbə görə edilir:


1) Nəyisə artıq etdiyinə görə
2) Namazın hansısa vacib hissəsini ötürdüyünə görə
3) Şübhədə olduqda


1) Nəyisə artıq etmək deyiləndə, məsələn, səhvən əlavə rüku və ya səcdə edirsənsə və ya əlavə olaraq oturub və ya durursansa.


2) Namazın hansısa vacib hissəsini ötürdüyünə görə deyiləndə isə, namazın vacib olan hissələrindən birini və ya ikisini səhvən unutduğuna görə səhv səcdəsi etmək olar


3) Şübhədə olduqda deyiləndə isə, insanın neçə rükət qıldığını bilməməsi, yəni 3 və ya 4 rükət qıldığını bilməməsi


1) Əgər kimsə bilərəkdən namazına əlavə rüku, səcdə, oturmaq, durmaq və s. artırarsa, bu halda namaz batildir və yenidən qılmamalıdır. Amma əgər səhvən bunları edibsə, bu halda namazın sonunda salamları verdikdən sonra iki dəfə səhv səcdəsi etməli və sonra yenə salamları verərək namazdan çıxmalıdır.


2) Namazın rüknlərindən birini səhvən ötürdükdə, məsələn birinci rükətdə ikinci səcdəni etməyi unutdu və ikinci rükətə qalxanda yadına düşdü ki, birinci rükətdə ikinci səcdəni etməyib, bu halda o, oturmalı və ikinci səcdəni etməli və sonra rükətləri davam etməlidir və sonda salamlardan sonra səhv səcdələrini etməli və yenə salamları verərək namazdan çıxmalıdır.


Əgər birinci rükətdə səhvən ikinci səcdəni etməmisənsə və ikinci rükətdə ikinci səcdəyə qədər sənin yadına düşmür ki, sən birinci səcdədə ikinci rükəti etməmisən, bu halda həmin rükəti birinci rükət etməlisən, yəni həmin rükətdən sonra başlayıb yenidən ikinci rükəti qılmalısan və sonda salamlardan sonra səhv səcdələrini etməli və yenə salamları verərək namazdan çıxmalısan


Birdə var, namazın vaciblərini səhvən ötürdükdə nə etmək lazımdır. Məsələn, əgər kimsə namazın vaciblərindən biri olan Təşəhhüddə oturmağı unudarsa, bu halda namazını davam etdirir və salamlardan əvvəl 2 dəfə səhv səcdəsi edir və sonra salamları verərək namazdan çıxır.


3) Əgər kimsə neçə rükət qıldığını bilmirsə və şübhədədirsə ki, 3 və ya 4 rükət qılıb, bu halda o, özünə daha düzgün olan fikirlə namazı davam etdirir və sonda salamlardan sonra səhv səcdəsi edir və yenə salamları verərək namazdan çıxır


Əgər nə 3, nə də 4 rükət qıldığını bilmirsə, bu halda ən az olan rükətlə namazını davam etdirir və sonda salamlardan əvvəl səhv səcdəsi edir və salam verərək namazdan çıxır.


Şeyx Üseymin, Məcmuu Fətava, 14/14-16.


Tarix: 01.05.2013 / 17:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 90 Bölmə: Maraqlı melumatlar
loading...