beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah sevgisi

Onun adı çəkilincə insanın qəlbi necə də qorxu və sevgi ilə dolur.
Onu görmədən, hiss etmədən belə sevirik.Və eyni zamanda bu sevgini itirməkdən çox qorxuruq.Ona olan sevgini düşündükdən sonra bu dünyadakı “eşq” dediklərimizə baxırıq və “gülümmü-ağlayımmı?” –deyə düşünürük. Qorxu və sevgi kəliməsi Onun adı çəkilərkən öz gerçək mənasını tapır.
O varkən yalnızlıq, çarəsizlik kimi sözlər yalnız ağız vərdişi olaraq qalır.
Vəfalıların ən Vəfalısı, Sevimlilərin ən Sevimlisi.Rəhm edənlərn ən Rəhmlisi.
Və sonsuz mərhəmət sahibi...

Peyğəmbərimiz (səv) belə buyurmuşdur:
“Bir kimsədə bu üç xüsusiyyət olarsa, imanın dadını duya bilər.Allah ilə Peyğəmbəri özündən və başqalarından daha çox sevmək, sevdiyi kimsəni tək Allah üçün sevmək,Allah onu küfrdən qurtardıqdan sonra, təkrar küfrə dönməkdən, atəşə atılacaqmış kimi qorxmaq."
Allahı sevən, onu hər vaxt anan bir insanın sevdiyini tez-tez xatırlamasından daha gözəl nə ola bilər?!
Peyğəmbərimiz (səv) buyurmuşdur:
“Allahım! Mənə səni sevməyi, səni sevənləri sevməyi və məni sənə yaxınlaşdıracaq şeylərin sevgisini nəsib et!”
Bir düşünək!
Valideynlərimizi çox sevirik.Axı onlardan sevgi görmüş, şəfqət və mərhəmət qanadları arasında böyümüşük.
Bəs Allahu təaləni necə? Layiqincə sevirikmi? Axı bizi O yaratdı və bizə sonsuz nemətlər bəxş etdi. Bizə ağıl və düşüncə kimi heç bir canlıda olmayan üstünlükləri verdi. O halda ən çox sevgiyə layiq olan Allah subhənəhu təalə deyilmi?
Allahı sevmək, Onu bilməyə və tanımağa bağlıdır.Çünki insan, ancaq bildiyini və tanıdığını sevər. Bunun üçün Allahı sevənlər ancaq Ona inananlardır.Necə ki, Qurani-kərimdə buyurulur:
-İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə,165)
Başqa bir ayədə:
-Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sev-diyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) əhatə edəndir, Biləndir.(Maidə,54)
Dildə “Allahı sevirəm” demək təbii ki, kifayət deyildir.Bu sevgini büruzə verən bir əlamət olmalıdır ki, bu da Onun Rəsulu Muhəmmədin (sallAllahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib, qadağalarından çəkinməkdir.Onun (sallAllahu aleyhi və səlləm) gözəl əxlaqı ilə əxlaqlanmaqdır.Peyğəmbərimizin (SallAllahu aleyhi və səlləm) əmrlərinə uymaq Allahu təalənin əmrlərinə uymaq deməkdir.Allahu təalə buyurur:
-De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Ali İmran,31)
Allah öz bəndələrini sevir. Heç düşünmüsənmi Allah səni niyə yaratdı? Sənə ehtiyacı varmı? Əlbəttə, xeyr. Allahın heç bir şeyə, heç bir kəsə ehtiyacı yoxdur.Çünki Allah hər şeyə qadirdir. Demək ki, bizi yalnız sevdiyi üçün yaratdı.Yaratdı və bizim də Onu sevməyimizi istədi. Bu istəyi qəbul etdinmi?

“Sizlərdən biri Allah və Rəsulunu öz valideynlərindən, övladlarından və bütün insanlardan çox sevmədikcə, iman gətirmiş olmaz!”


Tarix: 11.04.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 455 Bölmə: Maraqlı melumatlar