beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övlad ailə və ailə övlda münasibəti

Peyğəmbərimiz (sav) belə buyurur:
"Dörd cürə insan vardır ki, Allah onları cənnətə qoymayacaq və onları cənnətin nemətlərindən faydalandırmayacaqdır. Davamlı içki içən, faiz yeyən, haqsız yerə yetim malı yeyən və ana-atasına qarşı asi olanlardır. Tirmizi)

"Allah sizə analarınıza qarşı yaxşı davranmağı tövsiyə etdi. Allah sizə atalarınızla yaxşı davranmagı tövsiyə etdi. Allah sizə ən yaxın qohumlarınızla, sonra yaxınlıq dərəcələrinə görə qohumlarınızla yaxşı davranmaöı tövsiyə etdi." (İbni Macə)

"Qiyamət günü kiçik uşağa “cənnətə gir“ deyilər. Uşaq cənnətin qapısında durar və ancaq ana və atasıyla birlikdə girərəm deyər və dirənər.O zaman "ana və atasını da birlikdə cənnətə girin deyilər "(İbni Macə)

"Üç qızı olub ehtiyacdan qurtarana qədər onlara yaxşı baxan, yedirən, geydirən bir insan bağışlanmayacaq bir günah etməmişsə cənnətə girər. (Tirmizi)

"Buluğ çağına gəlincəyə qədər kim iki qız övladı yetişdirərsə, (barmaqlarını birləşdirərək) qiyamət günü o və mən belə bərabərik." (Müslim Tirmizi)

"Allah günahlardan dilədiyini qiyamət gününə saxlayar, anca ana və ataya edilən üsyanın cəzasını ölməzdən əvvəl dünyada verəcəkdir." (Hakim)

"Ata, cənnət qapılarının ən xeyirlisinə girməyə vəsilədir. Artıq ya ata haqqına ehtiyatsızlıq etməklə o qapını itir və ya onun haqqına o qapını əldə etməyə çalış." (İbni Macə)


Tarix: 26.04.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar