beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Taksi sürürəm və sərnişinləri barlara və gecə klublarına aparıram

Sual: Kanadada ərim taksi sürür, müştəriləri barda və gecə klublarında düşürməli olur, həmçinin bəzən onları oradan götürməli olur. Onun gəliri halaldırmı?

Cavab: Həmd Allaha məxsusdur.

İçkilərin satıldığı barlara və əxlaqsız, günah şeylərin olduğu gecə klublarına getmək haramdır. Bu xüsusda heç kəsə yardm etmək və yaxud pulsuz və ya pulla öz maşınında onları aparmaq olmaz. Çünki bu günahda yardımlaşmaqdır. Allah təala buyurur: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir”. (əl-Maidə 5:2)

Buna əsaslanaraq, sizin əriniz sərnişinlərin haram yerlərə gedəcəyini bilirsə onları aparmaq ona qadağandır.

Eynilə, taksidə oturaraq həmin haram yerlərdən çıxanları gözləməməlidir. Çünki bu onların gediş-gəlişini asanlaşdırır. Lakin onlardan biri (yolda və yaxud müəyyən bir yerdə) ona əl edərsə (taksini durdurarsa) və ondan evə və yaxud müəyyən icazəli yerlərə götürməsini xahiş edərsə, onları həmin yerə apara bilər. Çünki, bu məsələ bizim yuxarıda qeyd etdiyimiz günahda yardımlaşmaq məsələsinə aid deyil.

Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 19:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Maraqlı melumatlar