Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahla, Onun ayələri, peyğəmbəri, şəriəti və ya bunlardan hər hansı biri ilə istehza edib zarafatla

Bütün Peyğəmbərlər insanları Tövhidə dəvət etdikləri zaman istehza (lağ) ilə qarşılaşmışlar. Nuh – əleyhissəlam – dan başlayaraq Peyğəmbər Muhəmməd – sallallahu aleyhi və səlləm – ə qədər Peyğəmbərlər qövmləri tərəfdən bu əziyyəti çəkmişlər. «Eləcə də (səndən əvvəl) hər Peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər». (əl-Furqan 31).

«Onlar səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər): Allahın Peyğəmbər göndərdiyi şəxs budurmu». (əl-Furqan 41).

«Biz sizdən əvvəlkilərə də neçə-neçə Peyğəmbərlər göndərmişdik. Onlara elə bir Peyğəmbər gəlməzdi ki, ona istəehza etməsinlər». (əz-Zuxruf 6-7).

«Nuh gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq». (Hud 38-39).

«Yadınıza gətirin o, vaxt ki, Musa öz qövmünə: Allh sizə bir inək kəsmənizi əmr edir! – dedi. Onlar isə: Bizi məsxərəyəmi qoyursan! – dedilər. Musa da: Allah özü məni cahil olmaqdan saxlasın! – dedi». (əl-Bəqərə 67).

«(Ya Məhəmməd!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): Sizin tanrılarınızı tənə edən bumudur? – deyərlər. Halbuki onlar məhz onlar Rəhmanın öyüd-nəsihətini (Quranı) inkar edirlər». (əl-Ənbiya 36).

«(Ya Məhəmməd! Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafiqlərdən (nə üçün belə etdiklərini) soruşsan: Biz ancaq söhbət edib zarafatlaşır, əylənirdik – deyə cavab verərlər. De ki: «Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızdan bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik». (ət-Tövbə 65-66) (Təbəri Təfsir 10/173, İbn Kəsir «Təfsir» 4/111, 112, İbn Hişam 4/168).

İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları şirkdən çəkindirdiyi zaman onunla istehza etdilər. Bütün müşriklərin halı belədir. Peyğəmbərlər onları Tövhidə dəvət etdikləri zaman, bütpərəstlik canlarına hopduğu üçün onları söydülər və onları ağılsız, azmışlar və dəliliklə vəsfləndirdilər. Onlara bənzəyən kimsəlrdə belədir. Əgər içində bütpərəstlik hisləri varsa Tövhidə çağıran birini gördükdə eyni şəkildə onunla istəhza edib (lağ) edən görərsən» (Dəkaikut Təfsir 3/332).

İstehzanın bir neçə növü vardır. İstehza bəzən sözlə olur ki, istehzanın ən çox yayılan şəkili budur. Bəzən də işarə ilə olur. İşarə ilə edilən istehza (lağ) göz-qaş hərəkəti və ya dil çıxarmaqla olur. Bəzən də əl hərəkətləri ilə olur. Allaha istehza etmək etiraz küfrüdür. Şeyx Useymin – rahmətullahi aleyhi – deyir ki, bütə səcdə edənin küfründən də şiddətlidir. İbn Qudamə – rahmətullahi aleyhi – deyir ki: «İstər zarafatla olsun, istərsə ciddi bir şəkildə olsun Allahı söyən kimsə kafir olur. Allah ilə , ayələri, Peyğəmbərləri və Kitabları ilə istəhza ecdən kimsə də belədir» (əl-Muğni «Kitabul Murtəd» 12/298-299). Qurtubi – rahmətullahi aleyhi – Təbuk döyüşündə olan istehza edənlərin halını açıqlayarkən İbnul Arabinin sözlərini gətirir: «Onların söylədikləri şeylər ya ciddidir, ya da zarafat. Necə olursa-olsun küfrdü. Çünkü zarafatla küfr etmək də küfrdü, ümmət araında bu haqda ixtilaf yoxdur. Araşdırma aparmaq elmin və həqiqətin qardaşıdır, zarafat və istehza batilin və cəhalətin qardaşıdır» (Camiul Əhkamul Quran 8/397).

İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Allah ilə, Onun ayələri və Peyğəmbərləri ilə istehza etmək küfrdü. Bunu edən kimsə daha öncə mömin idisə kafir olduğuna hökm edər» (Macmuu Fətava 7/273). Həmçinin Muhəmməd b. AbdulVahhab – rahmətullahi aleyhi – də öz dəyərli itabı olan «Tövhid Kitabında» belə bir bölüm açmışdır. Həmçinin İslmdan çıxaran 10 şərtlər kitabında da – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dinində olan bir şeylə və ya onun savabı və ya cəzası ilə zarafat edib (istehza) etməyi 6-cı şərt olaraq zikr etmişdir. Həmçinin Muhəmməd b. İbrahim Əli Şeyx, İbn Baz və Şeyx Useymin – Allah olara rəhmət etsin – din ilə istehza edənlərin kafir olmasını söyləyən alimlərdir (Fətva Muhəmməd b. İbrahim 1/174, 12/195, İbn Baz 3/165, Useymin «Məcmuus Səmin min Fətva» 1/62).

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Lağa qoyulanlar, qoyanlardan daha yaxşıdır. Bir-birinizə tənə etməyin, eyb tutmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq çox pisdir. Tövbə etməyənlər zalimdirlər». (əl-Hucurat 11).

«O, kəslər ki, lağlağıdan və lazımsız şeylərdən üz döndərirlər». (əl-Mumin 3).

İbn Kəsir – rahmətullahi aleyhi – bu ayənin təfsirində deyir ki: «Allah insanlarla istehza (lağ) etməyi qadağan edir. İnsanlarla istehza etmək onları kiçik görməkdir. Necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təkəbbürlük haqqı qəbul etməmək və insanları kiçik görməkdir» (Təfsirul Quranil Azim 7/356, Müslim 91, Tirmizi 1999, Əbu Davud 4/352).

«Onlar Mənim ayələrimi və (Peyğəmbər vasitəsilə) qorxudulduqları əzabı məsxərəyə qoyurlar». (Kəhf 56).

«Bəli sən onlara təəccüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər». (əs-Saffət 12).

Muhəmməd b. Əli Şeyx – rahmətullahi aleyhi – dən: «Saqqal pislikdir deyən kimsə mürtəd sayılırmı?» deyə soruşulduqda o: «Bunu yaxşıca araşdırmaq lazımdır. Əgər bunu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in bir sünnəti olduğunu bilir halda edərsə haqqında mürtədlik hökmü qalxar» (Fətva Əli Şeyx 12/195).

«Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin yanından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. Möminləri gördükdə: Doğrusu, bunlar (haqq yüldan) azanlardır! – deyərdilər. Halbuki onlar möminlərə nəzarətçi göndərilməmişdilər». (əl-Mutaffifin 29-33).

«Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar». (ət-Tövbə 79).

«Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Müşriklərin məsxərəyə qoyduqları Quranın xəbərləri onlara gəlib çatacaq». (əl-Ənam 5).


Tarix: 14.04.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Maraqlı melumatlar
loading...