beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HƏR BİR ŞEY ƏZƏLDƏN TƏQDİR EDİLMİŞ QƏDƏRLƏDİR

3.«Allahın izni olmadıqca (heç kəsə) heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, Allah onun qəlbini haqqa doğru yönəldər və o, dünyada baş verən hər şeyin Allahın əzəli hökmü və izni ilə olduğunu bilər. Allah hər şeyi biləndir». (ət-Təğabun 11). «O, Allah ki, göylərin və yerin hökmü Onundur. O (özünə) heç bir övlad götürməmişdir. Mülkündə heç bir şəriki yoxdur. O, hər şeyi yaratmış və onu (onun üçün nə olacağını) əvvəlcədən müəyyən etmişdir». (əl-Furqan 2).
Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm ilə Musa – əleyhimussəlam - Rəbbləri qatında bir-birləri ilə mücadələ etdilər. Nəticədə Adəm, Musaya hüccətlə qələbə çaldı. Musa: «Sən, Allahın əli ilə yaratdığı, öz ruhundan üfürdüyü, mələklərini sənə səcdə etdirdiyi, Cənnətdə yerləşdir-diyi, sonra da etdiyin xətadan ötrü insanları yer üzünə endirən Adəm deyilsənmi?» deyə soruşdu. Adəm: «Sən, Allahın Rəsulu və kəlimi olaraq seçdiyi, içində hər şeyin bəyanı olan Lövəhləri (Tövratı) verdiyi və səninlə (vasitəçisiz) danışmaq üçün Allahın özünə yaxınlaşdırdığı Musa deyilsənmi? Səncə Mənim yaradılışımdan neçə il öncə Allahın Tövratı yazdığını bilirsən?» deyə soruşdu. Musa: «Qırx il əvvəl» deyə cavab verdi. Adəm: «Tövratın içində: «Və Adəm Rəbbinə asi oldu …». (Ta ha 121) ayəsini oxudunmu?» deyə soruşdu. Musa: «Bəli, oxudum» deyə cavab verdi. Adəm: «Elə isə Allahın məni yaratmamışdan qırx il öncə üzərimə yazdığı və edəcəyim bir işdən ötrü məni qınayırsan?» dedi. Peyğəmbər: «Beləcə Adəm, Musanı hüccətlə məğlub etdi!» deyə buyurdu(Müslim 2652.)


Tarix: 25.04.2013 / 18:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 61 Bölmə: Maraqlı melumatlar