beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdxal edilmiş konfet və şirniləri yemək

Sual: İngiltərədən və Kanadadan şokoladlar gəlir, qohumlarımız onları bizə hədiyyə göndərirlər. İndi bilmək istəyirəm ki, biz bunun haram və yaxud halal olduğunu necə müəyyən edə bilərik? Tərkibi haqqında heç bir məlumat yoxdur. Bunlar tviks, kit kat kimi şokoladlardır. Sizin cavabınızı gözləyirəm.

Cavab:

Həmd Allaha məxsusdur.

Şeyx Muhəmməd ibn Üseymin demişdir:

Əsas qayda belədir ki, qadağan olmasına dəlalət edən dəlil olmadıqca bütün yeməklər və həmçinin içəcəklərin halal olmasıdır (Yəni, haram olmasına dair dəlil olmadıqca bütün yemək və içəcəklərin əsli halaldır). Çünki Allah təala buyurur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!” (əl-Bəqərə 2:29)

Həmçinin peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Barəsində sakit durduğum şeylər icazəlidir”, daha sonra bu ayəni oxumuşdur: “(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. (əl-Ənam 6:145)

(Əbu Davud rəvayət etmişdir, “əl-Ət`imə” 3306). Şeyx Albani “Səhih Sünən Əbi Davud” əsərində hədisin ?3225 isnadının səhih olduğunu demişdir.

Əgər bir şeyin haram olduğu:
• Quran və Sünnədə haramlığına dair açıq-aydın bir kəlimədən
• Və yaxud ümumi şəriət qadağalarınından
• Və ya bunun haram olduğunu bildirən səhih qiyasdan

məlum deyilsə o zaman bu halal sayılır. Bu, yemək, içmək, geyim və adət-ənənələrə dair ümumi qaydadır.

(Fətəvə Mənar əl-İslam 3/647)

Bunun əsasında deyirik ki, həmin (şirni və konfetlərin) tərkibində şəriətdə haramlığına dəlalət edən hər hansı bir şey yoxdursa, o zaman onları yemək olar. Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqlı melumatlar