beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QEYBƏTLƏ MÜBARIZƏ CIHADIN ƏN FƏZILƏTLI NÖVLƏRINDƏNDIR

Bəzi adamlar bu sözlərlə çaşır. Lakin Allahın Rəsulu (s.ə.v) belə demişdir: «Cihadın ən üstünü nəfslə olan cihaddır» («Səhihul-Cami»). Başqa bir hədisdə isə «Mücahid- Allah yolunda öz nəfsi ilə mübarizəyə çalışan kəsdir»- deyilir.
Həqiqətdə qeybətə qarşı olan cihad ən böyük cihaddır. Çünki, düşmənə qarşı cihad müəyyən müddətdə olur. Nəfsə qarşı cihad isə ömrü boyu davam edir.

Həqiqətdə Peyğəmbərlərdən başqa bütün insanların nöqsanları var. Yaxşı kişi özünün nöqsanlarını görüb, onlarla mübarizə aparar. Ən yaxşı cəhət isə insanlarda nöqsan axtarmayıb, öz nöqsanlarını tapıb onları islah etməkdir.
Allah Rəsulunun (s.ə.v) bu hədisini hər zaman xatırlamaq bizə fayda verər: «Ey qəlbinə iman girmədiyi halda, dili ilə iman gətirdim deyənlər! Müsəlmanların qeybətini etməyin! Onların gizli işlərini açmayın! Kim onların gizli işlərinin dalınca düşərsə, Allah da onların gizli işlərinin dalınca düşər. Allah kimin gizli işinin dalınca düşərsə, harada olursa olsun, hətta evində olsa, onun sirlərini açar» (Səhih, Əbu Davud).
Ağıl sahibi olan bir kəs qeybət haqqında danışarkən necə də düzgün demişdir: «Qeybət günahkarların qonaq süfrəsi, qadınların otlağı, pis ruhlu insanların qidasıdır.».
Allah Təala bizi dilimizin bəlasından və Cəhənnəmin əzabından qorusun. AMIN!
Uca Allahdan yazımızı oxuyan hər bir kəs üçün xeyirli etməsini, o kəslərin də başqalarına belə gözəl nəsihətlər etməsini diləyirik. Bəli, iman gətirib, saleh əməl işləyən, haqqı və səbri tövsiyə edənlər ziyana düşməyəcəklər.

Sallallahu alə Muhəmmədin və alə Alihi və Əshabihi əcməin!


Tarix: 18.04.2013 / 14:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Maraqlı melumatlar