beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (ııı- hissə), İbrətlər

3-PEYĞƏMBƏR HƏDİSİ
Ölüm və onun təsiri barədə Peyğəmbər hədisləri sayca son dərəcə çoxdur. Onlardan yalnız gözəl bir hədisi göstərək: «Allah rizasını qazanmış Əzaib oğlu əl-Bərai demişdir: «Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ilə birgə ənsarlardan bir kişinin cənazəsini dəfn etmək üçün qəbristanlığa getdik. Meyidi hələ qəbrə endirməmişdilər. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) oturdu. Biz də onun yanında sükut içərisində oturduq. Onun əlində bir əsa var idi, onu bir neçə dəfə yerə vurduqdan sonra başını qaldırıb iki və ya üç dəfə «Qəbr əzabındaq qorunmaq üçün Allaha sığının» dedi və sözünə davam etdi: «Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşanda onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində cənnət kəfənləri, xoş ətirli cənnət hanutu (balzam, mumiya) olur.

Gözlə görünən bir məsafə uzaqlığı qədər ölmüş adamdan aralı otururlar. Bundan sonra ölüm mələyi (kütlə onu Əzrayıl adlandırır, bu ad yəhudilərin kitablarından götürülmüşdür, İslamda yoxdur) (Ona salam olsun) gəlib onun başı üstündə oturaraq deyir: «Ey xoş nəfs, Allahdan bağışlanma və razılıq qazanmaq üçün üzə çıx!» Nəfs xaric olur, tuluğun ağzından su kimi axır. Ölüm mələyi onu bir an belə əlində saxlamayıb dərhal o biri mələklərə verir. Onlar nəfsi əllərindəki kəfənə bürüyürlər, ona hanut vururlar. Bundan sonra nəfslə birlikdə göyə qalxırlar. Mələklərin qarşısından keçərkən deyirlər: «Bu xoş ruh kimdir? Deyirlər: «Filankəs oğlu filankəs». Onun dünyada daşıdığı ən yaxşı adları sadalayırlar və onunla dünya səmasına çatırlar. O, səma qapılarının açılmasını tələb edir və onları açırlar. Hər bir səmada yaxın adamları onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Ən axırda onlar yeddinci göyə çatırlar. İzzət və cəlalət sahibi Allah buyurur: «Mənim bəndəmin məktubunu möminlərin ruhlarının yerləşdiyi bu yeddinci göydə yazıb onun cəsədi ilə yerə göndərin». İki mələk gəlib oturur. Deyirlər: «Rəbbin kimdir?» Deyir: «Rəbbim, Allahdır!» Deyirlər: «Dinin hansıdır?» Deyir: «Dinim İslamdır». Deyirlər: «Sizə göndərilən bu adam kimdir?» Deyir: «O, Allahın rəsuludur». Deyirlər: «Nə bilirsən?» Deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim». Səmadan çağırış səsi gəlir: «Mənim bəndəm haqqı dedi. Onu cənnətə yerləşdirin, cənnət qapısını onun üzünə açın. Onun bədənindən xoş iy gəlir. Onun məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifət, gözəl geyimli, xoş ətirli bir adam gəlib deyir: «Səni sevindirəcək kəsin müjdəsini ver. Bu sənə vəd edilmiş gündür». O soruşur: «Sən kimsən?» Sənin sifətin xeyirdən xəbər verir». O adam deyir: «Mən sənin saleh əməlinəm». O isə deyir: «Ya Rəbb! Mənə bir an imkan ver, bir an imkan ver ki, ailəmi, əmlakımı görüm».
Kafir bəndə dünyanı tərk edib axirətə qovuşduqda onun yanına qara sifətli mələklər gəlir, əllərində tükdən parça olur. Ondan gözlə görünən bir məsafədə otururlar. Sonra ölüm mələyi gəlir, onun başı üstə oturub deyir: «Ey xəbis nəfs, Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Nəfs (can) onun bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxır. Mələk onu əlinə götürür, bir an belə saxlamadan o biri mələklərə ötürür. Onlar isə nəfsi gətirdikləri parçaya bükürlər, elə bil ki, yerdən tapılmış cəsəddir. Onu göyə qaldırırlar. Onunla mələklər qarşısından keçəndə soruşurlar: «Bu murdar iy nədir?» Deyirlər: «Filankəs oğlu filankəs». Onun dünyada daşımış olduğu ən pis adları sadalayırlar. Bu yolla dünya səmasına çatırlar, qapıları açmağı tələb edirlər. Lakin onları açan olmur. Sonra Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) «ONLAR ÜÇÜN SƏMA QAPILARI AÇILMAZ, DƏVƏ IYNƏNIN GÖZÜNDƏN KEÇMƏYƏNƏ QƏDƏR ONLAR CƏNNƏTƏ DAXIL OLMAZLAR» (əl-Əraf, 40) ayəsini oxuyub dedi: «İzzət və cəlalət sahibi Allah buyurur: «Onun məktubunu yerə, dar bir məhbəsə göndərin!» Onun ruhunu yerə atırlar. Bu ayəni də oxudu: «Allaha şərik qoşan göydən düşən, quşun dimdiyinə alıb apardığı və küləyin havaya sovurub uzaq bir yerdə atdığı bir şey kimidir» (əl-Həcc, 31). Onun ruhu bədənə qayıdır. İki mələk gəlib sorğu-suala başlayır. Deyirlər: «Rəbbin kimdir?» Deyir: «Ah, bilmirəm». Deyirlər: «Dinin hansıdır?» Deyir: «Bil¬mirəm». «Sizə göndərilən bu adam kimdir?» Deyir: «Bilmirəm». Sizə səmadan çağırış səsi gəlir: «O yalan deyir. Onu oda atın. Cəhənnəm qapısını onun üzünə açın!» Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri daralır, bu adamın qabırğaları bir-birinə yapışır. Çirkin sifətli, kirli paltar geymiş, bədənindən pis iy gələn bir adam gəlib deyir: «Sənə pislik gətirənin müjdəsini ver. Sənə vəd edilmiş gündür bu gün». Deyir: «Sən kimsən? Sənin sifətin çox çirkindir, ondan şər yağır». Bu adam deyir: «Mən sənin pis əməlinəm». O isə deyir: «Ya Rəbb! Mənim vaxtımı uzatma» (Səhih hədislər toplusu).


Tarix: 17.04.2013 / 15:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 241 Bölmə: Maraqlı melumatlar