Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbn Teymiyyə Barəsində

sual-
salam aleykum Yaşaq müəllim
Mən Türk dilində İbn Teymiyyənin kitablarını oxuyuram.İbn Teymiyyə necə alim olub?
Bəziləri o alim haqqında mənfi fikirlər söyləyirlər.
əvvəlcədən minnətdarlığımı bildirirəm

va aleykum salam.
İbn Teymiyyə İslam alimlərindən olub və kim onun haqqında mənfi fikir söyləyirsə demək o alim haqqında məlumatsızdır.
Alimlər haqqında danışmaq və onları pisləmək olmaz.
İbn Teymiyyə barəsində alimlərin dediklərinə qısa baxış
Bu yaxınlarda sual cavab bölməmizdə Şeyxulİslam ibn Teymiyyə barəsində mənfi fikirlər bildirən bir sayt haqqında sual verilmişdi. Ona cavab olaraq çıx qısa şəkildə ibn Teymiyyənin həyatı kitabından ən seçmə yerlər seçilib sizin diqqətinizə çatdırılır. İnşallah qısa zamanda, ibn Teymiyyənin həyatı və alimlərin onun barəsində fikirləri barəsində daha geniş məqaləni saytda dərc edəcəyik.
İbn Dakik əl Eyd onun barəsində belə demişdir:
"Həqiqətən o sağlam hifzə malik olan bir alimdir"
"İbn Teymiyyə ilə bir olanda, onu elmlər gözlərinin önündə olan, istədiyini alıb dilədiyini qoyan biri olaraq gördüm"
Onun müasiri olan əzZəhəbi isə Onun haqqında belə deyir:
"Səhabə və tabiinin fikirlərini bilməkdə iktidar sahibidir. Dörd məzhəbi xatırlamadan bir məsələ barəsində danışdığı çox az hal olub. Bəzi məsələlərdə onlara müxalif olmuş, bunları Quran və Sünnədən təsnif edərək (qruplaşdıraraq) dəlillər gətirmişdir" Sünnə və Sələfin yolunu tutmuşdur. Əvvəlkilərin və sonrakıların qorxub qaçdığı ifadələri söyləməyə cəsarət etmişdir. Buna görə Misir və Şam alimləri onun əleyhinə çox danışdılar. Bidətçi dedilər, mübahisə etdilər, onunla yazışdılar. O isə yenilmədi. Əksinə şöhrət tapdığı təqvası, kamil düşüncəsi və idrakı ilə ictijadının, kəskin zəkasının, sünnə və nasslarda geniş biliyinin göstərdiyi həqiqəti söyləyərdi"
Onunla bir dövrdə yaşayan Əbul Fəth bin SeyyidinNas əl Yəməri əl Misri deyir ki "Onu, elmdən pay almış kəslərdən olduğunu gördüm. Sünnə və əsər əzbərində idi. Təfsirdən bəhs etdiyində həmişə birinci olardı. Fiqhdə fətva verdikdə son sözü demiş sayılırdı. Hədis müzakirə etdikdə elmini göstərərdi. Dinlər və məzhəblər haqqında konfrans verdiyində onun fikrindən daha geniş, onun dəliləlrindən daha yüksəyini görə bilməzsən. Hər elmdə öz dövründəkilərdən üstün olmuşdur. Heç bir göz onun kimisini görmədi. Öz gözü də öz misalında heç kimi görməmişdi. Məclisində böyük bir camaat toplanar, onun dadlı dənizindən içərlər, göl kənarındakı bir baxçada onun fəzlinin ilk baharından nemətlənərdilər"
Müasiri və metodda ona yaxın olanı Kəmaləddin əzZəməlkani əşŞafii də bunları deyir:
"Bir elm sahəsində ondan sual soruşulduğunda görən və ya dinləyən, bir başqasının bu elmi bilmədiyini zənn edər, kimsənin bu mövzunu onun qədər bilmədiyinə hökm edərdi. Başqa məzhəblərdən fikhçilər, alimlər, onun məclisində olduqlarında öz məzhəbləri ilə əlaqəli, daha əvvəl bilmədikləri şeyləri ondan istifadə edərdilər. Biri ilə mübahisə edib aciz qaldığı bilinməməkdədir. Şəri elm olsun, digər elmlər olsun, bir elmdə danışdığı zaman mütləq o elmin əhli və mənsublarıdan üstünlük təşkil edərdi"
Əl KəvahibudDurriyyədə bunlar yazılmışdır:
"Həbs olunduğunda bir çox kitablar yazması çaşılacaq bir hadisədir. Bunlarda hədis və sünnəni, alimlərin sözlərini, mühhəddislər və müəlliflərlə bunların əsərlərinin adlarını xatırlamış, bunların hər birini nəql edənlərinə nisbət etmişdir. Bunların olduğu kitabların adlarını, kitabın harasında olduğunu da söyləmişdir. Bütün bunlar onun əzbərindəndir, çünki o anda yanında mütaliə edəcəyi heç bir kitabı yox idi. Bu kitablar incələnib araşdırıldı. Allaha həmd olsun ki, heç bir xəta və dəyişiklik tapılmadı. Bir hadisə baı verib ondan soruşulduqda həmin an və heyrət verici və məşhur üslubu ilə bənzərinin ortaya qoyulması imkansız bir cavab verirdi" (əl Kəvakib, səh. 154-155)
Məşhur təfsir alimi İbn Kəsir onun barəsində deyir ki : "İbn Teymiyyənin dövlət qatında inamı, əmr bil məruf və nəhy ənil munkər barəsində biliyi, xalqın ona tabe olması və ona qarşı məhəbbətləri, ona tabe olanların çoxluğu, haqqı qaldırması, elm və əməli baxımından faqihlərdən bir qismi onu sevmirdilər"
Sonra yazar Monqolların hücumundan danışaraq belə deyir:
Monqol orduları beləcə Dəməşq qapılarına qədər gəlib çıxmışdı. Əhalisi müthüş bir qorxu içərisində idi. Şafii qazısı İmamuddin, Maliki qazısı əzZəvavi və daha başqa böyük alimlərdən, qabaqcıl və şərəfli insanlardan çoxdu Misirə qaçmışdılar. Hətta iş o yerə gəlib çatmışdır ki, şəhərdə idarəçilərdən və böyük adamlardan heç kimsə qalmamışdı. Sadəcə tək bir alim xalqla bərabər qalmış, qaçmamış, şəhərdən çıxmamışdı. Çünki onun, özü ilə qaçmasının arasına girən qəlbi var idi. (İbn Kəsir, 19-cu cild, səh. 9)
İbn Teymiyyə şəhərin qabaqda gedənlərini topladı və vəziyyəti idarə altında tutmaq üçün, Dəməşqə girməkdən əl çəkmələri barəsində Monqol hökmdarı ilə söhbətə gedmək üçün onların başında durmaları barəsində anlaşdılar.
İbn Teymiyyə heyətlə birlikdə gedmiş və Monqol hökmdarı və sərkərdəsi olan Qazan xan (Monqolların dördüncü müsəlman olan hökmdarı vəfat etmişdir (703)-cü ildə) ilə görüşmüşdü. Allah İbn Teymiyyəni heybət, iman və təqva örtüsünə bürümüşdü. Bu söhbətdə iştirak edənlərdən biri deyir ki:
"İbn Teymiyyə ilə birlikdə mən də orada idim. Hökmdara qarşı ədalət barəsində Allahın ayələri, Peyğəmbər (s.ə.s)-in hədisləri ilə başladı, danışmağında səsini ucaldır və ona yaxınlaşırdı. Buna baxmayaraq hökmdar ona yönəli, dediklərinə qulaq asırdı, gözünü ona dikirdi və ondan üz çevirmirdi. Sultan, Allah Təalanın qəlbinə doldurduğu heybət və məhəbbətin şiddətindən bu alimin kim olduğunu soruşmuş və "Doğrusu mən onun nə bir bənzərini, nə də onun qədər qəlbi səbat sahibi, qəlbimdə onun sözü qədər təsir buraxan təsirli birisini görmədim. Özümü indiyə qədər onun kimi heç birinə boyun əydiyini görmədim. Elmi və əməli necə də dərindir!" demişdir" (əl Qoulul Cəlil, Mənakib, səh. 162)


Tarix: 07.04.2013 / 17:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 301 Bölmə: Maraqlı melumatlar
loading...