beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dondurulmuş spermadan 22 il sonra qız uşağı doğuldu

Leykemiya xəstəliyindən əzziyyət çəkən İngiltərə vətəndaşı Chris Biblis 16 yaşında olarkən həkimlər ona radioterapiya məsləhət görürlər lakin bunun sonunun sonsuzluqla nəticələnə biləcəyini nəzərə alan həkimlər onun spermasindan müəyyən qədər götürərək donduraraq saxlamışlar. Qeyd edek ki, bu hadisə 1987-ci ilin aprelində baş vermişdir.

Bu il isə Chirs Biblisin 38 yaşı var və o, artıq qız atası olmağın sevincini yaşayır. Belə ki,spermanın donunun açılmasına qərar verən həkimlər donu açılmış spermanı iynə vasitəsi ilə Chirsin həyat yoldaşı Melodienin uşaqlığına yeritmişlər və nəticədə onlar bir qız övladına sahib olmuşlar. Uşağı Stella adlandıran valideynləri körpənin sağlamlığının normal olduğunu bildirirlər.

Mütəxəsislər həmçinin bildirmişlər ki, Stella dünyaya gəlişi ilə həmdə bir dünya rekordu qırmışdır belə ki, bü günədək ən uzun müddətli dondurulmuş sperma 21 il idi lakin Stella 22 illə bu rekordu qırmışdır.


Tarix: 13.01.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Maraqlı Məlumatlar