beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lüksemburqda adam öldürmək (Evtanaziya) qanuniləşdirildi

Yunan sözündən götürülən euthanasia yəni tibbdə bir insanın öz istəyi ilə digər biri tərəfindən həyatına son verilməsi Belçika və Hollandiyadan sonra digər bir Avropa ölkəsi olan Lüksemburqda da qanuniləşdirildi.
Beləliklə artıq Lüksemburqda həkimlər xəstənin öz istəyi ilə onun həyatına son verdiyi halda heç bir məsuliyyətə cəlb olunmayacaqlar.
Evtanaziya qanununa görə evtanaziya istəyən insan 18 yaşından kiçik olmamalıdır, evtanaziya qərarını verərkən onun psixoloji vəziyyəyi normal olmalıdır və bu istəyini bir neçə dəfə təkrarlaması lazımdır.
Bu prosesi həyata keçirəcək həkim isə xəstə ilə uzun söhbət etməli ona xəstəliyi haqqında geniş məlumat verməlidir.
Evtanaziya prosesinin icrası üçün xəstənin qərarından bir ay sonra yerinə yetirilə bilər. Bu müddət ərzində xəstə qərarını qətiləşdirməlidir.
Evtanaziyanın çoxdan icra olunduğu Belçikada statistikalara görə hər il 500-dən çox insan evtanaziya olunur.


Tarix: 13.01.2015 / 14:04 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Maraqlı Məlumatlar