beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beyninizin hansı yarımkürəsini işlədirsiniz ? (Test)

Orqanizmin aparıcı sahələrindən olan beyin ümumilikdə bütün olsada sağ və sol yarımkürələr fərqli missiyaları yerinə yetirir.
Mütəxəssislər qeyd edir ki, adətən insanlar beynin müxtəlif yarımkürələrini işlədirlər və bu onların peşə seçimində böyük rol oynayır.
ABŞ-ın Reem Nervologiya Mərkəzində aparılan tədqiqatlarda sağ əlini istifadə edən insanlarda sol solaxay insanlarda isə sağ beyinin işlək olduğu müəyyən olunmuşdur.
Əgər beyninizin hansı yarımkürəsini işlətdiyinizi öyrənmək istəyirsinizsə aşağıda verilmiş testdə özünüzü yoxlaya bilərsiniz.
1.Hansı idman növlərini xoşlayırsınız ?
a) Fərdi idman növlərini
b) Komanda idman növlərini
2.Gördüyünüz yuxuları necə xatırlayırsınız ?
a) Əksər hallarda xatırlayıram
b) Çox az-az xatırlayıram
3.Danışarkən əllərinizdən və mimikalarınızdan nə qədər istifadə edirsiniz ?
a) Çox istifadə edirəm
b) Az istifadə edirəm
4.Əllərinizin barmaqlarını biri-birinə keçirərək yumun hansı əlinizin baş barmağı yuxarıda qalır ?
a) Sağ əlin baş barmağı
b) Sol əlin baş barmağı
5.Bu dəqiqə saatın neçə olduğunu müəyyən etməyə çalışın sonra saata baxın neçə dəqiqə yanılmısınız ?
a) On dəqiqədən çox
b) On dəqiqədən az
6.Bir qələm götürün və onu iki gözünüz açıq halda bir qapının və ya pəncərənın qırağı ilə eyni vəziyyətdə tuşlayın sonra növbə ilə sağ və sol gözlərinizi yumaraq baxın hansı gözünüzü yumduqda qələm yerini daha az dəyişir ?
a) Sağ göz
b) Sol göz
Əgər testin sonunda sizin cavablarınızda A bəndinin sayı üstünlük təşkil edirsə deməli siz beyninizin sağ yarımkürəsini işlədirsiniz. B bəndi üstünlük təşkil edirsə tam əksinə siz beyninizin sol yarımkürəsini işlədirsiniz.


Tarix: 13.01.2015 / 13:42 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Maraqlı Məlumatlar