beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Unikal hadisə: kor uşaq görür

Onun iki gözü də örtülüdür. Amma hər şeyə rəğmən, o, qismən görür. Və ya duyur - kim bilir...

Həkimlərin dediklərinə görə, onun sol gözü var, amma dərinin altındadır. Həmin gözü bərpa etmək üçünsə həddən ziyadə çətin, nəticəsi təxmin olunmayacaq qədər mürəkkəb cərrahiyyə əməliyyatı aparılmalıdır.

Uşağın valideynləri isə ümid edirlər ki, balaca oğlan süni göz vasitəsilə görə bilər.

"Asia Times"a istinadən bildirir ki, Çinin Urumçi şəhərində yaşayan 8 aylıq Marvanjun kor doğulub. Lakin indi onun sol gözünə fənər tutulanda körpə işığı hiss edir.
Həkimlər də uşağın sol gözünün dəri ilə örtüldüyünü deyirlər.
Marvanjunun anası, 26 yaşlı Madamihan Salamunun sözlərinə görə, onların belə bahalı əməliyyat üçün pulları yoxdur.

"Oğlum görmək istəyir. Hər gün Allaha yalvarırıq ki, oğlum görə bilsin", - Salamu deyir.
Urumçidəki 474 saylı hərbi hospitalın həkimləri isə bildirirlər ki, yalnız Marvanjun 16 yaşına çatandan sonra əməliyyat keçirilərək ona süni göz qoyula bilinər.

"İndi əməliyat aparmağın mənası yoxdur, çünki körpənin sol gözünün bülluru yoxdur", - həkimlər deyiblər.


Tarix: 09.01.2015 / 11:47 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Maraqlı Məlumatlar