beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Q əslində nədir?

Məlumata görə ABŞ-da edilən bir araşdırma gözün arxasında yerləşən retinadakı damarların genişliyi ilə beyin sağlamlığı arasında bir əlaqə olduğunu üzə çıxarıb.
Bu məlumatın Psychological Science jurnalında yayımlandığı da deyilir. Mütəxəssislər bəzi gənclərdə olan aşağı IQ səviyyəsinin sağlamlıq vəziyyətindəki problemlərlə bağlı olduğunu ifadə ediblər.
Duke Universitetində fəaliyyət göstərdiyi bildirilən Idan Shalev zəkanın beyin sağlamlığının bir göstəricisi olduğunu, beyni oksigen və qida ilə təmin edən damarların vacibliyini bildirib.
Məlumata görə Yeni Zelandiyanın Dunedin şəhərində 1972 və 1973 illər arasında doğan 1000 adam araşdırılıb və sonunda maraq oyandırıcı nəticələr ortaya çıxıb.
Nəticədə retinadakı damarların genişliyi ilə 38 yaşdan aşağı olan kəslərdə IQ aşağılığı arasında bir bağ olduğu qeyd edilib.
Araşdırmada mütəxəssislər həyat tərzi, ekoloji faktorlarla bərabər bir çox sağlamlıq problemlərini də nəzərə alıblar.
Deməli zəkalı olmaq üçün ilk növbədə əqli və fiziki sağlamlığa ciddi fikir vermək və sağlamlığa zərər vuran amillərdən tamamilə uzaqlaşmaq lazımdır.


Tarix: 08.01.2015 / 17:49 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Maraqlı Məlumatlar