beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bibliyada xilasın üç ölçüsü

“Xilas” məfhumu təkcə gələcəyə aid deyildir, lakin keçmiş, indiki və gələcək olmaq üzrə zamanın üç ölçüsündə gerçəkləşir. “Axıracan dözən xilas olacaq”[14] yaxud “Məsih... ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək”[15] kimi ayələrdə xilasın gələcək ölçüsünü görürük. Ancaq “Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir”[16] ayəsində xilasdan keçmişdə başa çatdırılmış bir proses kimi bəhs edilir. Xristian möminləri çox vaxt özlərinə “xilas olanlar” deyirlər, buna səbəb günahlarından, eləcə də İlahi qəzəbdən və cəzadan xilas olduqlarına inanmalarıdır. Artıq xilasa nail olmuş, yəni Allahla barışmış[17] olaraq Ona yaxınlaşmaq,[18] Onu sevən Ata kimi tanımaq[19] – bunların hamısı xilas olmuş bir möminin hüquqlarıdır. Bununla belə, Əhdi-Cədiddə xilasın indiki ölçüsü də əks olunmuşdur. Xilas olmuş vəziyyətdə qalmaq üçün mömin xristiana “qorxu və lərzə ilə xilasını əməllərində göstərmək” əmr olunur.[20] Allahı sevən və qayğıkeş Ata kimi tanıyaraq, Onun hər kəsi ədalətlə mühakimə edən Hakim olduğunu də unutmamaq və Ondan qorxmaq lazım olduğu vurğulanır.[21] Möminin xilas olmuş vəziyyətdə qalması və gələcək xilasa nail olması üçün Məsihin Müjdəsinə bütün varlığı ilə iman etməsi vacib bir şərtdir. Həvari Paul bu fikri belə açıqladı: “Əgər sizə bəyan etdiyim sözə bağlanmısınızsa, o Müjdə ilə də xilas olmaqdasınız, yoxsa əbəs yerə iman etmisiniz”


Tarix: 12.03.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Kilseler