Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ləkit kilsəsi

Ləkit kilsəsi — Qax rayonunun Ləkit kəndinin 1 km uzaqlığında yerləşən qədim alban kilsəsi.Mündəricat
1 Tarixi
2 Memarlıq xüsusiyyətləri
3 Şəkillər
4 İstinadlar
5 Xarici keçidlər


Tarixi

Ləkit məbədi alban memarlığının ən gözəl nümunələrindən biridir. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV–VI əsrlərə aid edirlər. Ləkit məbədi Cənubi Qafqaz tetrakonxlarının təşəkkül tapması üçün əsas olmuşdur. Kilsə qədim zərdüştü məbədi əsasında yaradılmışdır.[1] Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D. Baranovskinin rəhbərliyi ilə aparılmışdır. Məbədin ətrafı meşəlikdən təmizlənmiş və dağılmaqda olan divarlardan biri möhkəmləndirilmişdir.[2]

Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Belə ki, Moisey Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilirdilər.

Mütəxssislər müəyyən etmişlər ki, Ləkit məbədi kilsəyə çevrilərkən onun əsas memarlıq quruluşuna toxunulmamış (özündə güclü bütpərəstlik elementləri əks etdirməsinə rəğmən), yalnız xristian dininin ehkamlarına uyğun olaraq səcdəgah əlavə edilmişdir. [3]

Məbədin tikilmə tarixi haqqında isə müxtəlif tədqiqatçılar fərqli fikirlər söyləmişlər. Rus alimi P. D. Baranovski məbədi VII əsrə [4] aid edir. K. M. Məmmədzadə isə Ləkit kilsəsinin Kilsədağ kilsəsindən sonrakı dövrdə, təxminən VI əsrin ortalarında inşa edilməsini qeyd edir. [5]

Memarlıq xüsusiyyətləri

Ləkit məbədinin diametri 22 m olub, daxili tetrakonxu dairəvi sütunlara dayanmışdır. Xarici görünüşünə gəldikdə, məbəd üçyaruslu, mərkəzi günbəzli kompozisiyaya malikdir. Dairənin daxilində - künclərdə dörd qalın pilon günbəzaltı kvadratı əmələ gətirmiş plan kompozisiyanın əsasını təşkil edir. Pilonlar arasında üç-üç düzülmüş sütunlar planın ümumi kompozisiyasında tetrakonx əmələ gətirmişdir. Hər pilonun xarici tərəfində duran əlavə sütunlar isə yuxarı yarusun divarları üçün dayaq əmələ gətirirmiş. Yuxarı yarus divarları da öz növbəsində sütunlar üzərində durub, planda dairə formasına keçmişdir. Arxeoloji qazıntı nəticəsində aşkara çıxarılmış hissədə sütun və pilonların hündürlüyü 1,20 m-dir. Qum bazilikasında tətbiq edilmiş inşaat üsulları eyniylə Ləkit kilsəsində də təkrar edilmişdir. Lakin buradakı çaydaşılar nisbətən kiçik ölçülüdür.

Məbəd hərəsi bir metr diametri olan 3 sütunu, 4 divar oyuğunu – apsisi əmələ gətirən tetrakonxdur. Tetrakonxun 4 küncündə bütün absidalar üçün əsas yaradan 4 pilon yerləşdirilmişdir. Həmin pilonların daxili əyilmiş, küncü iri valla tərtib edilmişdir. Bu val pilonun bütün hündürlüyü boyunca keçir və absidaların tağlarını əyir. Pilonların arxasında ayrı-ayrı yerləşən sütunlar səkkizguşəli özülün dayağı rolunu oynayır.

Səkkizguşəli özül üzərində 4 absida yerləşir. Pilonların üzərində günbəzlə tamamlanan dairəvi barabanın kvadrat əsası yerləşmişdir. Absidalardakı sütunların cüt olmayan miqdarı və mərkəzi sütunun girişlərin əksinə yerləşməsi zərdüştilik dininin müəyyən mərasim məqsədlərini güdürdü. Zərdüştülük tələblərinə görə səcdəgah və müqəddəs od xaricdən görünməməli idi.


Tarix: 06.03.2013 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 412 Bölmə: Kilseler
loading...