Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XVI Benedikt

XVI Benedikt (əsl adı Yozef Alois Ratzinger; d. 16 aprel 1927, Marktl-am-İnn, Bavariya) - 265-ci Roma Papası, indiki Vatikan hökmdarı.

2005-ci il aprelin 19-da çağırılmış konklavda Roma Papası seçilmiş, mayın 7-də Müqəddəs Lateranlı İoann bazilikasının sahibi edilmişdir. 1055-1057-ci illərdə Roma Katolik Kilsəsinə başçılıq etmiş II Viktordan sonra ilk alman pontifikdir. Eyni zamanda XVI Benedikt həm Vatikan, həm də Almaniya vətəndaşıdır. Münhen və Freyzinq arxiyepiskopu və kardinalı olmuşdur. Seçkilər zamanı o, İnam Doktrinası Konqreqasiyasının prefekti olmuşdu.


Tarix: 08.03.2013 / 14:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: Kilseler
loading...