beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əskipara monastırı

Əskipara məbədi - Azərbaycanın Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən qədim alban məbədi.Mündəricat
1 Tarixi
2 Memarlıq xüsusiyyətləri
2.1 Monastır
2.2 Qala
3 Şəkillər
4 İstinadlar
5 Həmçinin bax


Tarixi

Məbəd V-VIII əsrlərdə tikilmişdir.[1] Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir.

Bu monastır meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır. Bu, özünəməxsus içqala, iqamətgahdır. Kompleksin divarları və qüllələri iri çay daşlarından ucaldılmışdır, bəzi hissələri kifayət dərəcədə yaxşı mühafizə edilmişdir.

Güman edilir ki, içqalalı kompleks Alban dövlətinin başçıları olmuş böyük Mihrani hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qış iqamətgahı olmuş Xalxal şəhərinin məhz bu yerdə lokallaşdırılması bunu təsdiq edə bilər. Buna görə də kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikasının xarakteri və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək mümkündür.

Memarlıq xüsusiyyətləri

Monastır

Əsas bina - monastır diqqəti daha çox cəlb edir. Monastır plan baxımından düzbucaqlıdır. Abidənin mühafizə olunmuş fraqmentləri təsdiq edir ki, o mühüm memarlıq əsəri idi. Bina yaxşı bişirilmiş 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən ucaldılmışdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxışlı yonulmuş daşlardan hazırlanmışdır.

Binanın memarlıq həllində divarların tağlama ilə işlənməsi aparıcı əhəmiyyətə malikdir. Bu üsul baş fasadda alaqapıya keçir. Alaqapı daha geniş və daha uca tağla bəzənmişdir. Güman etmək olar ki, tağlar yarımdairəvi olmuşlar. Binanın daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlənməkdədir.

Qala

Monastır kompleksini əhatə edən qala uzunluğu 2 m-ə qədər olan daşlarla hörülmüş iki divarla əhatələnmişdir. Daxili qala divarları daha möhkəm və hündür düzəldilmişdir. İki divar arası məsafə 20 m-ə çatır. Bu isə qalanın mühafizəsini daha da gücləndirir. Hər 0 m-dən qala divari boyu hündürlüyü 9 m-ə qədər olan yarımdairəvi bürclər qurulmuşdur. Dövrümüzə həmin bürclərdən yeddisi çatmışdır. Bürclər bir-birinə yeraltı yollarla birləşdirilmişdir.

Qalanın içərisində ikimərtəbəli binanın qalıqları vardır. Bu bina ölçüləri 22x22x4 sm olan bişmiş kərpicdən tikilmişdir. Onun hündürlüyü 12, eni 18, uzunluğu isə 42 m-dir. Suvaqlanmış divarlar naxışla bəzədilmişdir. Qalanın sahəsində bir neçə təsərrüfat quyusu və dağılmış bina qalıqları aydın görünür.


Tarix: 09.03.2013 / 23:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Kilseler