Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsanın ikinci gəlişinin nəticələri

Xristianların böyük əksəriyyəti inanır ki, Məsihin ikinci gəlişinin nəticəsində imansız adamlar mühakimə ediləcək, sadiq və mömin olanlar isə mükafat alıb yeni göylərdə və yeni yerdə Məsihlə birlikdə yaşayacaqlar. Ondan sonra Ata, Oğul və Müqəddəs Ruh olan bir Allah əbədi olaraq dünyada hökm sürəcək və insanlar onlara əbədi olaraq ibadət edəcəklər. Günah, dərd, əzab-əziyyət artıq olmayacaqdır. Bu inanclar Əhdi-Cədidə əsaslanır:

Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi.
Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq.
Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi».


Tarix: 12.03.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Kilseler
loading...