beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pasxa xristian kilsəsində

Erkən kilsədə ibrani xristianlar Pasxa bayramında Məsihin dirilməsini qeyd etməyə başlamışlar. II əsrdə bu bayram artıq bütün kilsələrdə keçirilir, Məsihin ölümü və dirilməsi yad edilirdi.[9]

Asiyadakı kilsələr bayramı yəhudi Pasxası ilə eyni gündə qeyd edirdilər, lakin Roma, İsgəndəriyyə və Qərbdəki digər şəhərlərində olan kilsələrdə başqa bir ənənə meydana gəldi. Pasxa adında bayram yəhudi Pasxasından sonra ilk bazar günündə keçirilirdi. Beləliklə, xristian kilsəsində indiyədək davam edən ziddiyyət yarandı: İsanın dirilməsi Qərbdə və Şərqdə fərqli vaxtlarda qeyd olunur.

Birinci ümumdünya kilsə məclisində bütün kilsələrdə Pasxanın eyni gündə keçirilməsi üçün cəhd göstərildi. Lakin XV əsrdə Roma papası XIII Qriqorinin islahatı nəticəsində Yuli təqvimi Qriqori təqvimi ilə əvəz edildikdən sonra şərqi pravoslav kilsəsi ilə qərbi katolik kilsəsi arasında təqvim fərqi meydana gəldi. Bu gün katolik və protestant kilsələri, habelə bəzi pravoslav kilsələri Qriqori təqviminə görə fəaliyyət göstərirlər. Ancaq rus pravoslav kilsəsi Yuli təqvimindən imtina etməmişdir.[10]

Böyük Britaniyada 1928-ci ildə qəbul olunmuş Pasxa aktı ilə Pasxa bayramının aprel ayının ikinci şənbə günündən sonrakı bazar günündə keçirilməsi qərarlaşdırılmışdır.[11] Lakin bu akt bütün müvafiq kilsələr tərəfindən təsdiq edilmədiyindən qüvvəyə minməmişdir. 1997-ci ildə Suriyanın Aleppo şəhərində keçirilən Ümumdünya Kilsələr Şurası sammitində Pasxanın aprelin ikinci bazar günündə keçirilməsi və ya astronomik tələblərə əsasən bütün xristian dünyası üçün vahid Pasxa tarixinin təsdiq edilməsi təklif edildi. 2001-ci il üçün planlaşdırılan islahat Şuranın bütün üzvləri tərəfindən qəbul olunmamışdır.


Tarix: 12.03.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 205 Bölmə: Kilseler