beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kilsədağ kilsəsi

Kilsədağ kilsəsi – Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində yerləşən qədim alban [1] kilsəsi. Kilsə qədim Mitra məbədinin özülləri üstündə inşa edilmişdir. [2]Mündəricat
1 Tarixi
1.1 Tədqiqi
2 Memarlıq xüsusiyyətləri
3 Şəkillər
4 İstinadlar
5 Xarici keçidlər


Tarixi

Kilisədağda Mitra tanrısı (Mitra, cəngavər köçərilərin və dinc əkinçilərin allahı idi) məbədi mərkəzi günbəzli, ikiyaruslu kompozisiyaya malik olan abidədir. Məbədin divarının xarici səthi qeyri-bərabər tərəfli 12 guşəli formada, daxili səthi isə 10,4 metrlik silindr şəklində həll edilmişdir. İkinci daxili dairə 8 sütun üçün stilobat (sütunlar üçün özül) rolunu oynayırdı. Həmin sütunlar günbəzli ikinci yarusun barabanını (günbəzli dairə səmanın – Mitranın rəmzi idi) saxlayırdı.

Baş alaqapı girişi məbədin qərb fasadı tərəfindəki əsas kompozisiya görüşündə, iki yan giriş isə şimal və cənub səmtində idi.

Şərq fasadı səmtində simmetrik surətdə yerləşmiş, plan baxımından dairəvi olan iki otaq – Mitra tanrısının göstərilmiş iki mənasını nəzərə çatdıran səcdəgahlar vardı. Məbəd antik memarlığın müəyyən təsiri altında inşa edilmişdi.

Məbəd kilsəyə çevrildikdən sonra onun əsas memarlıq xüsusiyyətləri saxlanılmış, özündə bütpərəst dünya görüşünü əks etdirən divar naxışlarına toxunulmamış, yalnız məbədə xristian dini ehkamına uyğun olaraq apsis əlavə edilmişdir.

Tədqiqi

Məbəd 1971 – ci ildə Qəbələ rayonunun Böyük Əmili kəndində aşkar edilmişdir. [3] Abidənin salamat qalmış divarlarının hündürlüyü iki metrə yaxındır. Məbəd quruluşuna görə dairəvi formalı olub, xarici görünüşü etibariylə ikiyaruslu, mərkəzi günbəzli kopozisiyaya malikdir. Bu cür məbədlər dünyanın yalnız altı yerində aşkarlanmış və tədqiq edilmişdir. Bunlar Suriya ərazisindəki Bosra məbədi [4] (511-512), Türkiyənin Ani şəhərindəki Qaqikaşen [5] (1001-1020), Azərbaycanın Qax rayonu ərazisində Ləkit [6] (VI əsr), Ermənistandakı İşxani və Zvartnos [7] , Gürcüstan ərazisindəki Bana [8] məbədləridir.

Kilsədağ məbədinin aşkar edilməsi memarlıq üçün nadir sayılan mərkəzi günbəzli məbədlərin sayına artırmışdır. Məbədin divar konstruksiyasının əsasını eni 95 sm, daxildən isə diametri 10 m 40 sm olan dairəvi daş hörgü təşkil edir. Bu dairədən bir qədər aralı eni 1 m, hündürlüyü isə 40 sm olan ikinci daxili dairəvi divar yerləşir. Bu dairəvi divarın əsas vəzifəsi məbədin səkkiz sütunu və onların üzərində yerləşən qüllə hissəsini saxlamaqdır. Məbədin əsas giriş yolu tikintinin qərb tərəfindədir. Şimal və cənub tərəflərə isə iki çıxış yolu açılır.

Memarlıq xüsusiyyətləri

Məbəd şimal və cənub-şərq tərəflərdən diametri 2,3 m olan dairəvi formada iki əlavə otaqla (diakonnik) birləşir. O, iki pilləli stilobat üzərində yerləşdirilmişdir. Aşkar edilən inşaat materiallarına əsasən buradakı çıxış yollarının yarımdairəvi tağvari olması haqqında fikirlər söylənmişdir. [9]

Məbədin iki yarımdairəvi tikintilərinin hər birinə xarici tərəfdən dörd cüt yarımsilindrik sütun vasitəsiylə dekorativ bəzək əlavə edilmişdir. Məbədin divarı ölçüsü 60x80 sm olan açıq boz daş plitələr vasitəsiylə hörülmüşdür. Məsaməli bu əhəngdaşları yerli əhali tərəfindən "puç daş" adlandırılır.

Məbədin tikintisində bişmiş kərpicdən də istifadə olunmuşdur. Məbədin ətrafında bir neçə yaşayış binalarına və daş hasarların qalığına da təsadüf edilmişdir. Klassik üsluba malik Kilsədağ kompleksi demək olar ki, dairəvi planlı məbədlərin əsasını təşkil edir.

Əgər üçyaruslu dairəvi məbədin kompozisiyası VI əsrin ortalarından məlumdursa, nisbətən bəsit olan ikiyaruslu abidənin kompozisiyası daha qədimdən məlumdur. İkiyaruslu kompozisiyanın inkişafı mütəxəssisləri üçyaruslu kompozisiyaya gətirib çıxarmışdır. Digər tərəfdən abidənin qalıqları, iri daş hörgüləri (60x80 sm) və kobud düzəldilmiş memarlıq detalları onun qədim olmasını göstərir.


Tarix: 06.03.2013 / 14:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 491 Bölmə: Kilseler