Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avan bazilikası

Avan Bazilikası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Qırxbulaq mahalında, Ellər (12. 10. 1961 – ci ildən Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə qədim ərmən – türk məbədi. [1] [2]Mündəricat
1 Tarixi
2 Memarlıq xüsusiyyətləri
3 İstinadlar
4 Həmçinin bax


Tarixi

Məbəd 592 – 598 – ci illərdə inşa edilmiş və dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır. [3] 1939 – 1941 – ci illərdə məbəd ermənilər tərəfindən bərpa edilərək ona erməni memarlıq elementləri və məbədin ümumi memarlıq xüsusiyyətləri ilə uyuşmayan yad əlavələr edilmişdir. [4]

Qədimdən türk boylarının məskəni olan Avan kəndinə ilk ermənilər 38 ailədə 174 nəfər olmaqla 1828 – 1829 – cu illərdə İrandan köçürülmüşdür. [5]

Memarlıq xüsusiyyətləri

Tədqiqatçılar indiki məbəd binasının hansısa qədim bir məbədin özülləri üstündə inşa olunmasını qeyd edirlər. Məbəd ərazisində arxeoloji tədqiqatlar zamanı qərb divarı yaxınlığından xüsusi ornamentli naxışlarla bəzədilmiş inşaat materialları və incə yonulmuş daşlar tapılmışdır. Binanın indiki qalıqları iki hissəli platforma üzərində yerləşmişdir. Gümbəz və tavan uçduğundan divarlara ağıqlıq düşməmiş və nisbətən sağlam qalmışdır. Qərbi Azərbaycan ərazisindəki tarixi – memarlıq abidələrini tədqiq etmiş erməni tədqiqatçı Toros Toromanyan qeyd edir ki, məbədin üstündə beş günbəz olmuşdur ki, onlardan da biri böyük olmaqla mərkəzdə, digərləri isə kiçik olmaqla onun ətrafında yerləşmişdir. Məhz bu səbəbdən də Avan bazilikası beş gümbəzi olan ilk məbəd hesab olunur. Düzbucaqlı plana malik olan bazilikanın mərkəzi qübbəsinin üstünün səkkizüzlü piramida şəkilli örtüklə tamamlanması güman edilir. Məbədin dörd yarımdairəvi apsisi olub və daxildən məbədin üç küncündə üçbucaq şəkilli kiçik hücrələr yerləşdirilib.

Binanın alçaq arkalı girişi qərb divarında yerləşməklə ətrafı incə naxışlı kəmərlə haşiyələnmişdir. Şimal tərəfdə isə başqa, daha kiçik bir giriş qapısı vardır. Bu qapının binanın inşasından xeyli sonra tikiliyə əlavə olunması güman edilir. Məbəd SSRİ dövründə 1940 – 1941, 1956 – 1966 və 1968 – ci illərdə ermənilər tərəfindən "bərpa" edilmiş və bu bəra işləri zamanı məbədin ilkin memarlığına yad olan elementlər binaya əlavə edilməklə yanaşı, məbədin divarlarında süni olaraq erməni dilli kitabələr də yaradılmışdır.


Tarix: 07.03.2013 / 15:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 432 Bölmə: Kilseler
loading...