beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qum bazilikası

Qum bazilikası — Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası da adlandırılır.Mündəricat
1 Tarixi
2 Memarlıq xüsusiyyətləri
3 Şəkillər
4 İstinadlar
5 Həmçinin bax
6 Xarici keçidlər


Tarixi

Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski[1] tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir.[2] [3] [4]

Bazilika planda 36,5 metr uzunluğa, 19,3 metr enə malikdir. Planda T şəkilli sütunların iki cütü və bir cüt pilastrlar üçnefli kompozisiyanı yaradaraq eyni zamanda günbəzli baraban üçün özül rolunu oynayır. Orta nef yandakı neflərə nisbətən daha geniş surətdə həllini tapmışdır. Məbəd üç tərəfdən sütunlardan yaradılmış qalereya formalı örtüklə və nalşəkilli tağlarla əhatə edilmişdir.

Bazilikanın daxili quruluşu və çatmatağlar

Daxili həcmi dördbucaq formalı ibadət zalı (36,5x19,3 m) təşkil edir. Mərkəzi nef təxminən üç dəfə başqalarından genişdir və nal-şəkilli apsida ilə tamamlanır. Yan neflərin axırında isə kvadrat sövmənişinlər var. Əsas həcm üç tərəfində (cənub, şimal və qərb) qalereya var idi. Divarlar göy və tünd yaşıl rəngə çalan çay daşlarından tikilib. Konstruksiyaların bəzi yerlərində bişmiş kvadrat kərpic istifadə olunub. Belə kərpicin və daşın qarışığı Qafqaz Albaniyasının I əsrə aid olan tikililərində mövcud idi. Məbədə konstruktiv möhkəmlik vermək məqsədilə sütunlar, tağlar və bəzi memarlıq elementləri bişmiş davamlı kərpicdən inşa edilmişdir.

İri taxtalardan yaradılmış örtüyün təqribən mərkəzində, əsas girişin qarşısında sütun vardır (bütpərəstliyin tələblərindən biri kimi). Halbuki yanlardan məbədə istiqamətlənmiş digər iki giriş artıq heç bir şeylə qapanmamışdı. Abidənin Şərq fasadı Mamrux və Ləkit məbədlərindəki kimi iki guşəyə - səcdəgaha və mərkəzi apsisə malikdir. Yandakı neflər kobud şəkildə yonulmuş daşlardan ucaldılaraq qabarıq tağlarla örtülmüşdür.

Aydın plan, səliqə ilə yerinə yetirilmiş konstruksiyalar, yerli inşaat materiallarından məharətlə istifadə olunması, çaydaşı ilə kvadrat formalı bişmiş kərpicin uzlaşdırılması binanı yaratmış ustanın yetkinliyindən xəbər verir.

Bu möhtəşəm abidədən dövrümüzə yalnız onun əsas həcmi və bəzi yerlərdə dam örtüyünün hissələri gəlib çıxıb.

Memarlıq xüsusiyyətləri

Qum bazilikası haqqında ilk məlumat 1898 – ci ildə A. S. Xaxanovun əsərində verilmişdir. [5] Qum bazilikası və Ləkit kilsəsi haqqında ilk geniş elmi məlumatı isə P. D. Baranovski vermişdir. [6] Bazilika Qax şəhərinin səkkiz kilametrliyində Qum kəndinin mərkəzində yerləşir.

Bazilika quruluşuna görə üçneflidir. İrəli çıxan yarımdairəvi absidləri və binanı üç tərəfdən əhatə edən geniş eyvanı vardır. Məbədin uzunluğu 26,5, eni isə 19,3 m-dir. Mərkəzi nef xeyli enlidir. Üstü nalşəkilli tağla örtülmüşdür. Yan neflər kobud yonulmuş daşlarla tağ formasında örtülür və keşişlər üçün ayrılmış otaqla tamamlanır. Bu otaqlardan mehraba bilavasitə yol yoxdur. Qum bazilikası əsas etibarilə tünd yaşıl rəngli iri çaydaşlarından hörülmüş, konstruktiv elementləri (çatmatağ, sütun, nefarası sütunlar) isə kərpicdən hörülmüşdür.


Tarix: 06.03.2013 / 14:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 446 Bölmə: Kilseler