Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alman lüteran kilsəsi (Gəncə)

Alman lüteran kilsəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.Mündəricat
1 Tarixi
2 İstinadlar
3 Xarici keçidlər
4 Həmçinin bax


Tarixi

Bu kilsə XIX əsr tarix-memarlıq abidəsidir. Bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilmişdir. Belə ki, 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Gəncə vilayətinə almanlar köçürülmüşdür. 1818-ci ildə Gəncəyə gətirilən almanların bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad Xana məxsus, 1813-cü ildə müsadirə edilmiş 4498 desyatin torpaq sahəsi verilib. Gəncədə yaşayan almanlar 1941-ci ilin avqustuna kimi bu ərazidə yaşamışlar. 1897-ci il məlumatına görə Gəncə qəzasında 3086, şəhərdə isə 103 nəfər alman yaşayırdı. Təbii ki, uzun müddət Gəncədə yaşayan almanlar burada öz dini ibadət ocaqlarını inşa etmişlər. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman bina provoslavların istifadəsinə verilmişdir. Tikintidə əsasən tuf daşından istifadə olunmuşdur. Binanın ümumi sahəsi 650 m²-dir. 1 zal, 1 foye və 15 otaqdan ibarətdir. Əhməd Cəmil küçəsində yerləşən, xristian dini abidələr sırasına daxil edilən bu binada hazırda Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.[1].

Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli əmrinə əsasən yaradılıb


Tarix: 07.03.2013 / 15:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Kilseler
loading...