Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dairəvi məbəd

Dairəvi məbəd[1][2] - Şəki şəhərindəki qalada yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi.

1819-cu ildə tərtib edilmiş sənəddə Şəki xanının şəxsi ibadətxanası kimi göstərilir[3].

Məşhur rus səyyahı Seqlaın və öz dövrünün görkəmli marifçilərindən biri olan Rəşid bəy Əfəndiyevin, müvafiq olaraq, 1902-ci ildə və 1925-ci ildə çap olunmuş kitablarından məlum olur ki, ruslar 1828-ci ildə bu məscidə xaç formasında artırmalar edərək onu pravoslav kilsəsinə çevirmişlər[4][5]. Bundan sonra, Rusiya İmperiyası dövründə, tikilinin arxasındakı torpaq sahəsində Nuxada vəfat etmiş yüksək çinli rus məmurları dəfn edilirdi.

Məlum olduğu kimi Nuxa qalasının divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda adı ərəb əlifbası ilə "Məhəmməd... (xan)" kimi oxunur[6] [7]. Deyilənə görə oxunuşda bu tikili nun hərfinin nöqtəsidir.

Tikili dairəvi plandadır, üstü gümbəzlə tamamlanır. Memarlıq üslubuna, tikintisində istifadə edilmiş inşaat materiallarına görə qaladakı digər tikilərdən xeyli fərqlənir. Bu səbəbdən də bəzi tədqiqatçılar onun tarixini Qafqaz Albaniyası dövrünə aid edirlər[8].

Tikilinin artırmaları nəzərə alınmasa, daha çox türbəyə bənzəməkdədir və az-çox, Şamaxıdakı Yeddigümbəz türbələr kompleksindəki türbələri xatırladır.[Mənbə göstərin]

Hal-hazırda bu tikili Şəki Xalq Tətbiqi Sənət Muzeyinin salonlarından biri kimi istifadə edilir.


Tarix: 06.03.2013 / 14:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 267 Bölmə: Kilseler
loading...