beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gavurqala kilsəsi

Gavurqala kilsəsi - Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958 – ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsi.Mündəricat
1 Tarixi
2 Memarlıq xüsusiyyətləri
3 İstinadlar
4 Həmçinin bax


Tarixi

Məbəd VI – VII əsrlərə aid edilir və ağ daşdan inşa edilmişdir. Bina birneflidir, tağtavanlarla və qoşaçatılı kirəmit damla örtülmüşdür. Məbədin şərqində eninə görə ibadət zalına bərabər olan uca döşəməli apsis vardır.

Şimaldan binaya düzbucaqlı otaq birləşir. Zalın uzunluğu 11,95 metr, eni 5,25 metrdir. Müstəqil girişin olmaması təsdiq edir ki, zala birləşmiş düzbucaqlı otağın kilsəyə əlavə tikili olması şübhəsizdir. Binada cənuba və qərbə iki giriş vardır. Bu cəhət Qafqaz Albaniyasının sitayiş təyinatlı memarlığı üçün səciyyəvidir.

Burada aparılmış tədqiqat işləri zamanı əldə edilən maddi mədəniyyət nümunələrinin müqayisəli təhlilinə əsasən mütəxəssislər abidəni VIII – X əsrlərə aid edirlər. [1]

Memarlıq xüsusiyyətləri

Kilsənin planı

Govurqala kilsəsi birnefli olub, şərq hissəsi apsida ilə qurtaran böyük ibadət və yardımçı otaqlardan ibarət olan memarlıq kompleksidir. Otağın uzunluğu 11, 95, eni 5, 25 m, sahəsi isə 62, 4 kv. m – dir. Məbədin şimal-şərq hissəsinə bitişik olan yardımçı otağın uzunluğu 6, eni 3, 35 m, sahəsi isə 19, 05 kv. m – dir. Otaqlar bir-biri ilə əlaqədar olmuşdur. Məbədin bütün divarları istər daxildən, istərsə də xaricdən yonulmuş və hamarlanmış daşlarla hörülmüşdür. Divarların möhkəliyini təmin etmək üçün hörgünün arasına iri daşların qarışığından ibarət kütlə tökülmüşdür. [2]

Divarlar hörüldüyü zaman iri daşların bir-birinə daha yaxın düzülməsinə baxmayaraq, bəzən daşlar arasında boşluqlar əmələ gəlmişdir. Ustalar bu boşluları yamaq daşları ilə doldurmuşlar. Onlar divar boşluqlarının quruluşundan asılı olaraq, dördbucaqlı və ya kvadrat biçimli yamaq daşlardan istifadə etmişdir. Məbədin otaqlarının və mehrabın döşəməsi hamar yonulmuş, müstəvi daşlarla örtülmüşdür. Bu daşlar dördbucaqlı formada olub, müxtəlif ölçülərdədir. Onların uzunluğu 0, 60 – 1, 10 m-ə, eni 0, 40 – 0, 85 m, qalınlığı isə 10-15 sm - ə qədərdir.


Tarix: 06.03.2013 / 14:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 369 Bölmə: Kilseler