beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pilotsuz aparatlar meşələr üçün
Pilotsuz aparatlar meşələr üçün

Yer kürəsində hər il meşələrin sahəsi azalır və bu, müxtəlif mənfi, bəzən bərpa olunmaz nəticələrə səbəb olur. İtirilən ağacların mövcud bərpa üsulları isə yetərincə effektiv deyil və itkilərin yerini doldurmağa imkan vermir.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, ABŞ Kosmik Agentliyinin (NASA) keçmiş mühəndisi Loren Fletçer tərəfindən yaradılan BioCarbon Engineering şirkəti yeni ağacların əkilmə prosesini avtomatlaşdırmağa və perspektivdə hər il bir milyard ağac əkməyə imkan verəcək texnologiya hazırlayır.

Bir sözlə, ideya ağacların əkilməsi üçün pilotsuz uçan aparatlardan istifadədən ibarətdir. Birinci mərhələdə dronların köməyi ilə yerin üçölçülü xəritəsi və yeni ağacların yerləşmə planı tərtib olunur.

İkinci mərhələdə səpilmə prosesi başlayır: dronlar hidrogelin içində artıq ağacların yetişmiş toxumlarının olduğu kapsulları atmağa başlayır. Bundan sonra pilotsuz uçan aparatlar cavan ağacların böyümə prosesini izləmək üçün istifadə olunur.

L.Fletçerin qiymətləndirməsinə görə, iki dron operatoru gün ərzində 36 min ağac əkə bilər. Bu halda işin qiyməti adi üsullarla əkilmənin dəyərinin 15 faizini təşkil edəcək. Yayın sonuna şirkət sistemin tam işlək versiyasını nümayiş etdirməyi planlaşdırır.


Tarix: 04.05.2015 / 11:08 Müəllif: Aziza Baxılıb: 197 Bölmə: Internet Yenilikleri