beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən guclu komputer hazırlanır

ABŞ Energetika Nazirliyi iki yeni superkompüterin tikilməsinə 325 milyon dollar ayırmağı planlaşdırır.

Kompüterlərdən biri perspektivdə (əlavə maliyyələşmə şərti ilə) 300 petaflops gücünə çata bilər. 2017-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan hər iki sistemin baza gücü 150 petaflops təşkil edəcək.
Məlumat üçün bildirək ki, Çinin dünyanın ən güclü Tianhe 2 superkompüteri 34 petaflops məhsuldarlığa malikdir.

, iki superkompüterin Summit adlı birincisi Okrinc Milli Laboratoriyasında, Sierra adlandırılan digəri Lourens adına Livermor Laboratoriyasında inşa olunacaq. Qurğular IBM Power prosessoru və Nvidia şirkətinin Volta qrafik prosessorları ilə işləyəcək. Məhz Volta yeni sistemlərin hesablama gücünün 90 faizini təmin edəcək. Bu halda enerjidən səmərəli istifadə xeyli artacaq. Summit enerjidən hazırda dünyanın gücünə görə ikinci superkompüteri Titanın sərf etdiyi qədər istifadə etməklə beş dəfə daha yüksək məhsuldarlığa malik olacaq.

Nvidia şirkətinin elmi bölməsinin rəhbəri Bill Dell hesab edir ki, eksaflops səviyyəsinədək (min petaflops) məhsuldarlığı anlamaq üçün prosessorların səmərəliyini bir o qədər artırmaq lazımdır. Volta arxitekturası isə buna imkan verir.

Qeyd edək ki, Çinin Tianhe-2 superkompüteri dünyada ən güclü superkompüter olaraq qalır. Belə ki, Tianhe-2 dərc edilən beynəlxalq Top-500 reytinqində birinci yeri tutur. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemi yer alır.

Superkompüter Çin Azadlıq Ordusunun Çanşa şəhərində (Mərkəzi Çin, Xunan əyaləti) yerləşən Müdafiə Elm və Texnikası Universitetində hazırlanıb. Məhsuldarlığı 33,86 petaflopsa çatan Tianhe-2 saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirir. Bu kompüter ilk dəfə 1993-cü ildə dərc edilən Top-500 reytinqində ardıcıl üçüncü ildir birinci yeri tutur.

İkinci yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasının Titan superkompüteri, üçüncü yerdə 17,17 petaflops gücə malik ABŞ-ın Sequoia superkompüteri qərarlaşıb.

Top-500 tərtibatçılarının sözlərinə görə, siyahının ilk onluğu 2013-cü ilin noyabrında təqdim olunan əvvəlki reytinq ilə müqayisədə dəyişməz qalıb. Dünyanın on ən güclü superkompüterindən altısı ABŞ-da, hərəyə biri isə Çin, Yaponiya, İsveçrə və Almaniyada yerləşir. Top-500 reytinqində ümumilikdə ABŞ-ın 233, Çinin 73, Böyük Britaniya və Yaponiyanın 30, Fransanın 27, Almaniyanın 23 superkompüteri yer alıb.


Tarix: 25.11.2014 / 13:22 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Internet Yenilikleri