beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İki nəhəng əməkdaşlığa başlayır
İki nəhəng əməkdaşlığa başlayır

Ernst & Young konsaltinq şirkəti (EY) rəqəmsal texnologiyalar dövrünün imkanlarından yararlanaraq dünyadakı şirkətlərə yeni və innovativ xidmətlər təklif etmək məqsədilə Microsoft Korporasiyası ilə qarşılıqlı strateji biznes əməkdaşlığına başlayıb.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, əməkdaşlıq çərçivəsində Microsoft tərəfindən EY-a təklif olunacaq xidmətlərə analitika, kibertəhlükəsizlik, şirkətin rəqəmsal strategiyası, rəqəmsal və inkişaf edən texnologiyaların istifadəsi, müştəri xidmətləri və proqram menecmenti təcrübəsinin Microsoftun bulud və məlumat platformalarından yararlanması daxildir.

EY və Microsoftun birgə fəaliyyətindən faydalanaraq şirkətlər yüksək rəqəmsal texnologiyalarla təchiz olunmuş müəssisənin fəaliyyətinin təşkilini sürətləndirə və illər ərzində proqram təminatına edilən yatırımları optimallaşdıra bilərlər.

Təklif olunan imkanlar daha analitik, avtomatlaşdırılmış, bulud texnologiyalarına əsaslanan iş mühitinə keçməklə şirkətlərə investisiyaların effektivliyini artırmağa yardım edir, - deyərək EY-ın qlobal icraiyyə komitəsinin rəhbəri və icraçı direktoru Mark Vaynberqer bildirib.
EY və Microsoft arasındakı qarşılıqlı əməkdaşlığın başlıca hədəfləri aşağıdakılardır:

Biznes xidmətlərinin Microsoft texnologiyaları və EY-in biznes, həmçinin qabaqcıl proqram menecmenti təcrübəsindən yararlanaraq birgə təqdim olunması

Microsoft texnologiyaları və EY təcrübəsi vasitəsilə müxtəlif sektorlarda kibertəhlükəsizliyin təkmilləşdirilməsi

EY-ın Microsoft Cosulting Services ilə birgə fəaliyyətinə əsasən Microsoft Azure üzərində müxtəlif korporativ məhsulların quraşdırılması

Azure əsasında yaradılmış tətbiqlərdən yararlanaraq müştərilərin hazırda istifadə etdikləri əməliyyatların proqram təminatı və məlumatlarından qısa zaman ərzində bəhrələnməsi

Qabaqcıl texniki menecment tətbiqləri əsasında innovativ imkanların yaradılması və müştərilərin əşyaların internetindən biznes məqsədilə faydalanmasının təşkili

EY-in konsaltinq xidmətlərinin Microsoftun güvənli bulud texnologiya imkanları ilə birgə təqdim olunması müştərilərə analitik ideyaların reallaşdırılması, əhəmiyyətli biznes nəticələrin əldə edilməsi və şirkət fəaliyyətinin səmərəli təşkilinin sürətləndirilməsi istiqamətində yardımçı olacaq. Bizim birgə fəaliyyətimiz müştərilərə investisiyalardan qısa müddət ərzində, tam faydalanmağa və texnologiyalardan strateji məqsədlər üçün yararlanmağa imkan verəcək, - deyə Microsoftun əməliyyatlar üzrə direktoru Kevin Törner bildirib.

EY-in Microsoft texnologiyaları əsasında təklif etdiyi xidmətlər dörd əsas istiqaməti özündə birləşdirir:

Program Performance Center (Microsoftun Azure, SQL Server, Project Server və Power BI korporativ həllərinin EY-in proqram menecmenti, məlumatların saxlanması və analiz üzrə protokolları ilə sıx inteqrasiyası), Trusted Cloud (Azure və Office 365 xidmətlərini özündə birləşdirən Microsoft bulud texnologiyalarının biznes fəaliyyətində istifadəsinin kibertəhlükəsizliyi), 3D Spend Analytics (korporativ xərclərin optimallaşdırılması üçün analitik xidmət), Digital Program Activation (iş prosesinə rəqəmsal texnologiyaların tətbiqi).

Microsoftun ən iri müştərilərindən və biznes xidmətləri təchizatçılarından biri olan EY şirkəti Microsoft texnologiyaları və xidmətlərinin biznes fəaliyyətində olan rolunu nümayiş etdirmək üçün əla fürsət təqdim edir. İki şirkət arasındakı əməkdaşlığın intensivləşməsinin nəticəsi olaraq EY və Microsoft tərəfindən biznes üçün nəzərdə tutulmuş və müştərilərə potensiallarını reallaşdırmaqda yardımçı olacaq bir sıra texnoloji təkliflərin hazırlanması gözlənilir, - deyə EY-in müştəri xidmətləri üzrə icraçı partnyoru Karmin di Sibio (Carmine di Sibio) bildirib.

EY və Microsoftun qarşılıqlı əməkdaşlığı çərçivəsində sənaye üçün nəzərdə tutulan rəqəmsal texnoloji xidmətlər portfelinin genişləndirilməsi planlaşdırılır ki, bu da hər iki şirkətin bazarda davamlı ortaq iştirakının və dünya üzrə müştərilərin xalis mənfəətinə göstərdiyi təsirin nəticəsidir.


Tarix: 04.05.2015 / 10:48 Müəllif: Aziza Baxılıb: 242 Bölmə: Internet Yenilikleri