Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Facebook-da ismarıclar ödənişli olacaq

Facebook-da ismarıc göndərməzdən öncə artıq "100 ölçüb, 1 biçmək" lazımdır. Belə ki, sosial şəbəkə ödənişli mesaj göndərmə sisteminin test mərhələsinə keçdiyini açıqlayıb.

Facebookun xüsusi ismarıc xidməti, geniş auditoriyası və istifadə asanlığı ilə demək olar ki, e-poçta alternativ kimi qeyd olunur. Lakin yaxın zamanlarda bu xidmətin, məsələn Gmail-dən əhəmiyyətli bir fərqi olacaq: Facebook bu gündən etibarən dost siyahısında iştirak etməyən şəxslərə göndərilən mesajlardan bir dəfəlik 1 dollar ödəniş kəsiləcəyi ilə bağlı qərarını sınaqdan keçirdiyini bəyan edib. Bu qərarın əksər istifadəçilərin narazılığına səbəb olacağı şübhəsizdir.

Mövcud sistemdə, dost siyahısında olmayan kəslərdən gələn xüsusi mesajlar, Facebook poçt qutusunun "Digər" bölməsində saxlanılır. Halbuki bir çox istifadəçinin belə bir bölmədən xəbəri belə yoxdur. Daha çox spam ismarıcların filterləndiyi bu qovluq əvəzinə, birbaşa əlaqədar adamın daxil olan ismarıclar qutusuna mesaj göndərmək istəyənlər, bundan sonra 1 dollar ödəniş edərək bu haqqa sahib olacaqlar.

Mesajı alan tərəfin gələn mesajı yenidən "Digər" qovluğuna daşıması mümkündür. Beləliklə spam ismarıcların qarşısı kəsilmiş olacaq. Hələlik kiçik bir istifadəçi qrupu ilə edilən sınaqların nə zaman ümumi istifadəçilərə şamil olunacağı məlum deyil.
+


Tarix: 22.01.2013 / 15:23 Müəllif: [Ram] Baxılıb: 385 Bölmə: Internet Yenilikleri
loading...