Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən çox smartfonu kim istehsal edir?
Ən çox smartfonu kim istehsal edir?

"Strategy Analytics" tədqiqat şirkəti dünyada ən iri smartfon tədarükçüsünü müəyyən etmək üçün analizlər aparıb. Təhlillər zamanı məlum olub ki, "Samsung Electronics " şirkəti 2015-ci ilin birinci rübündə satış həcminə görə "Apple" şirkətini ötüb.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, "Samsung" şirkəti tərəfindən dünya üzrə 83.2 milyon smartfon tədarük edilib və bununla şirkət birinci rübdə bazar payını 24 faizədək artırıb. Nəticə etibarı ilə, bu göstərici ötən il qeydə alınan 31 faizdən azdır, lakin "Apple" şirkətinin göstəricisindən çoxdur. Qeyd edək ki, "Apple" şirkətinin bazar payı 18 faiz təşkil edir.
Neyl Mavstoun öz bəyanatında qeyd edib ki, "Samsung şirkəti Asiya və digər regionlarda çətinliklərlə üzləşir. Amma onun qlobal nəticəsi kifayət qədər stabilləşib. Belə ki, şirkət dünyada ən böyük smartfon təchizatçısı kimi birinci yerdə qərarlaşıb".


Tarix: 04.05.2015 / 11:59 Müəllif: Aziza Baxılıb: 231 Bölmə: Internet Yenilikleri
loading...