beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnternetin əlifbası dəyişir

İnternetdə domen adlarının idarə olunması ilə məşğul olan ICANN Beynəlxəlq Qeyri-Kommersiya Təşkilatı qeyri-latın əlifbası ilə yazılmış ilk domen adlarının tətbiqinə razılıq verib.
+
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumata görə, ICANN-dan kiril və ərəb hərftləri ilə yazılmış domenlərə dair ilkin razılığı Rusiya, Misir, Səudiyyə Ərəbistanı və BƏƏ alıblar.
ICANN-ın icraçı direktoru və prezidenti Rod Bekstrom deyib ki, bu hadisə internet tarixində dönüş yaradacaq. Yeni domen adları ilə işləyə biləcək elektron poçt əlavələri üçün texniki üçün standartların artıq hazır olmasına baxmayaraq istifadəçilər elektron poçt adlarının yazılışı üçün hələ ki, latın əlifbasından istifadə etməli olacaqlar. Hazırda ICANN-a daxil səkkiz dillə bağlı qalan 16 ərizəyə təşkilatda baxılır.


Tarix: 21.11.2012 / 12:42 Müəllif: [Ram] Baxılıb: 429 Bölmə: Internet Yenilikleri