Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər gün 500 milyon insan oynayır
Hər gün 500 milyon insan oynayır

Hər gün dünyada 500 milyondan çox insan kompüter oyunları arxasında 3 milyard saat keçirir. Bu barədə Statista və Raptr şirkətlərinin məlumatında deyilir.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, qeyd olunan vaxt həcminin 21,8 faizi bu ilin martında League of Legend oyununa sərf olunub. Birinci-dördüncü yerləri World of Warcraft (8,16 faiz), Counter-Strike: Global Offensive (5,7 faiz) və DOTA 2 (5,68 faiz) kompüter oyunları tutub. Digər oyunların payı 3 faizdən az olub.

Tədqiqata görə, iki aparıcı şirkət - Activision Blizzard və Electronic Arts ABŞ və Avropa İttifaqı (Aİ) bazarında müvafiq olaraq 19,5 və 18,4 faizlik paya sahib olub.


Tarix: 04.05.2015 / 11:52 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Internet Yenilikleri
loading...