beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Windows istifadəçiləri təcili sistemi yeniləsinlər

Microsoft şirkəti Windows əməliyyat sisteminin 1995-ci ildən bəri istehsal olunan bütün versiyalarındakı səhvləri düzəldib. Həmin səhv İBM şirkətinin əməkdaşları tərəfindən İnternet Explorer brauzerində aşkarlanıb.

Həmin qüsur sayəsində bədəməllər kompüterlərə istənilən virusları göndərə bilirdilər. Windows 8.1, Windows 7, Windows Vista və Windows XP versiyaları üçün düzəlişlər edilib. Halbuki, Microsoft hələ aprel ayından XP sistemi üçün dəstəyi dayandırmışdı.

Mütəxəssislər qeyd edirlər ki, hələ ki, bu qüsur sayəsində kompüterlərə hücumlar qeydə alınmamışdı, ancaq təhlükə həddi 10 ballıq sistem üzrə 9.3 bal idi.


Tarix: 25.11.2014 / 13:26 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Internet Yenilikleri