beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Smartfondan xilas üçün smartfon

NoPhone smartfon layihəsi Kickstarterda tələb olunan 5 min dollardan 4 dəfə daha çox pul toplayıb. Elektron içliksiz NoPhone smartfon asılılığından qurtulmaq üçün nəzərdə tutulub.

Təlimata əsasən, NoPhonedan istifadə etmək çox sadədir: qurğunu ələ götürmək və saxlamaq lazımdır. NoPhone ölçülərinə görə iPhone 6 bir az böyük, xarakteristikalarına görə isə bəzi hallarda daha yaxşıdır: möhkəm səthiliyə malik yerə düşsə sınmayacaq, suyun içərisinə salmaq olar və proqram təminatını yeniləmək lazım deyil. Bu aparat ekrana malik deyil və onunla zəng etmək mümkün deyil. Belə smartfonun çəkisi 80-100 qram arasındadır.

Rəsmi saytından 12 dollara ilkin sifariş etmək mümkündür.


Tarix: 25.11.2014 / 13:27 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Internet Yenilikleri