beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeni kosmik gəmi sınandı
Yeni kosmik gəmi sınandı

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, gəmi VE-3 mühərriki vasitəsilə şirkətə məxsus sınaq kompleksindən start götürüb. 93 km hündürlükdə Yerə paraşütlə düşən kapsulun ayrılması baş verib.

Göyərtədə astronavtlar olsaydı, onların kosmosa uçuşu uğurlu, qayıdışları rahat olardı, - Blue Origin şirkətinin rəhbəri, sahibkar Ceffri Bezos deyib.

Eyni zamanda o qeyd edib ki, raket blokunun enişi tam uğurlu olmayıb. Enmə zamanı hidravlik sistemdə təzyiq aşağı düşüb. Xoşbəxtlikdən biz artıq neçə müddətdir hidravlik sistemin təkmilləşdirilməsi üzərində çalışırıq. Tezliklə biz daha bir buraxılışı həyata keçirə biləcəyik, - o qeyd edib.

New Shepard gəmisi 100 km hündürlükdə uçuşlar üçün nəzərdə tutulub. Ekipajı üç nəfərdən ibarət olan gəmi göyərtəyə bir neçə sərnişin və ya faydalı yük götürə bilər.

Blue Origin kosmosa müntəzəm turist uçuşları etmək niyyətində olan özəl şirkətlərdən biridir. Blue Origin Boeing və Lockheed Martin şirkətləri tərəfindən yaradılan United Launch Alliance konsorsiumu ilə birlikdə hazırda Atlas V raketinin birinci pilləsində quraşdırılan Rusiyanın RD-180 mühərrikini əvəz edəcək yeni mühərrik hazırlayır. RD-180-dən orbitə təkcə mülki deyil, həm də Pentaqonun sifarişi ilə hərbi peyklərin çıxarılması üçün istifadə olunur.


Tarix: 04.05.2015 / 10:53 Müəllif: Aziza Baxılıb: 217 Bölmə: Internet Yenilikleri