beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

LG televizor istehsalını dayandırır

Cənubi Koreyanın LG Electronics şirkəti cari ilin noyabr ayının sonunadək plazma televizorların istehsalını tam dayandıracağını bəyan edib.

Buna səbəb şirkətin bu texnologiyanı artıq çoxdandır maye-kristal (LCD) displeylərlə rəqabət apara bilməsini və buna görə onun gələcək istehsalının mənasının olmamasını hesab etməsindədir. Bununla LG bu növ panellərin istehsalının dayandırılmasına qərar verən Samsung və Panasonic kimi şirkətlərə qoşulub.

Çərşənbə axşamı qəbul edilən qərar plazma televizorlara tələbatın kəskin azalması ilə əlaqədardır. Analitik bölmənin hesablamasına görə, bu seqmentin bazarda faiz nisbəti 2013-cü ildə şirkətin ümumi gəlirinin 2,4 faizinədək azalıb. Plazma panellərin istehsalının dayandırılması ilə bağlı qərar hazırda LCD televizorların dünya bazarında lider mövqe tutması barədə düzgün qərara gələn şirkət rəhbərliyi tərəfindən yekdilliklə qəbul edilib.

Biz plazma panellərin bazarda iştirakını maksimum uzatmağa çalışmışıq, - LG nümayəndəsi Ken Hon deyib.

Analitiklər qeyd edirlər ki, bir zamanlar plazma displeylər texnoloji baxımdan daha yüksək təsvirdən istifadəyə imkan verməyib, həmçinin enerji sərfiyyatı çox olub.

Bütün bu amillər birlikdə sənaye oyunçularını diqqəti LCD texnologiyalarına yönəltməyə məcbur edib, - IBK Securities şirkətinin analitiki Eo Kyu Cin bildirib.

Digər analitik şirkətlər koreyalı həmkarlarının fikirlərini bölüşür. NPD DisplaySearch marketinq tədqiqat şirkəti iyulda 2015-ci ilədək dünyada plazma televizorların tədarük həcminin 2014-cü ildəki 5,2 milyondan 500 minədək azalması və son nəticədə satışdan tam çıxarılması ilə bağlı proqnoz verib.


Tarix: 25.11.2014 / 13:29 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Internet Yenilikleri