Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Internet Yenilikleri“Selfi əl” yaradıldı

“Selfi əl” yaradıldı

“Time” nəşri yazır ki, təhna istifadəçilər üçün yeni qurğu hazırlanıb. "Selfi əl"in müəllifi dizaynerlər Castin Krou və Eyrik Snidir. Onların prototipi yüngül şüşəlifli materialdan hazırlanıb.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, istehsalçıların düşüncəsinə görə, "selfi əl" istifadəçinin təxəyyülündə dost illüziyası yaradacaq.

Qurğu yaxın dost, qohum və sevgilinin əlini təsvir edə bilər. Müəlliflər bildirib ki, avtoportretlərin çəkilişi zamanı heç kim tənha görünmək istəmir.

Yeni həll hələ ki mağazalarda satılmır. Ardı »

Internet YenilikleriAndroid 4.4 nələri vəd edir?

Google, Android 4.3-ün elan edilməsindən, təxminən 3 ay keçməsinə baxmayaraq Android 4.4 KitKat ilə qarşımıza çıxır.

Nestle ilə anlaşan Google , Android 4.4-ə KitKat adını verib. Təxminən 1 həftədən sonra Nexus 5 ilə birgə elan olunacaq Android 4.4 KitKat-la bərabər bizləri nələr gözləyir?

LG və Samsung kimi nəhənglərin vətəni olan Cənubi Koreya, texnologiya xəbərlərinin də sızma mərkəzi olub.Koreyadan ETNewsin paylasdığı yeni bir xəbər, KitKat ilə əlaqədar yeni məlumatları ortaya çıxartdı.

Ağıllı telefon bazarında Android 4.3 ilə onsuz da olduqca irəlidə olan Google, Android 4.4 KitKat ilə yeni bazarlara da girmək istəyir. Buna görə də yeni sistemin tək nəzər nöqtəsi yalnızca smartfonlar olmayacaq.

Android 4.4 KitKat-ın Ardı »

Internet YenilikleriApple-ın ilk kompyteri satışa çıxarıldı

Apple şirkətinin ilk kompüterlərindən biri satışa çıxarılıb. Feat.az Rusiya mətbuatına istinadən bildirir ki, kompüter Nyu-Yorkdakı "Christie`s" hərrac evindədir.

Ekspertlərin qiymətləndirməsinə görə, lotin dəyəri 500 və ya 600 min dollardan başlayacaq. Qiymət milyon dollara qədər arta bilər. Bundan əvvəl Apple-1 kompüterinin satışı bunu deməyə əsas verur. Oktyabr ayında satışa çxarılan kompüter ilkin qiymətdən iki dəfə baha satılıb. Ardı »

Internet YenilikleriƏrəb Hərfləri ilə Sayt Adı

[i]Misir, Səudiyyə ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri, içlərində Latın hərfləri olmayan, Ərəb hərfləri istifadə edilən internet sayt adları istifadə etməyə başlayacaqlar. Bütün dünya səviyyəsində ilk dəfə tətbiq olunacaq olan bu sistem, 1980-ci ildən bəri edilmiş ən radikal dəyişiklik olacaq.

Bu şəkildə sayt adları üçün ediləcək qeydlər yaxın bir zaman içində başlayacaq. Misirdən üç ədəd şirkətin bu şəkildə bir müraciət edəcəyi indidən müəyyəndir, digər ölkələrdəki firmaların da bunu izləməsi gözlənilir.

Ticarəti canlandırmaq üçün

Ərəb əlifbasının istifadə edildiyi sayt adlarının bu bölgədə, Latın hərflərini bilməyənlər üçün böyük asanlıq olacağı və internet üzərindən ticarətin həcminin artacağı deyilir.

Ərəb hərflərinin istifadə ediləcəyi sayt adlarında son qisimdə olan "com, dəqiq" Ardı »

Internet YenilikleriGoogle mediaya 150 milyon dollar ayıracaq

Google mediaya 150 milyon dollar ayıracaq

"Financial Times" nəşri yazır ki, Avropanın 8 qəzeti internetdə öz fəaliyyətini yaxşılaşdırmaq üçün "Google" şirkəti ilə ittifaqa daxil olub. ABŞ şirkəti internet KİV layihələrinin inkişafına yalnız məsləhətlərlə kömək deyil, həm də 150 milyon avro ayıracaq.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, "Financial Times", Britaniyanın "Guardian", İspaniyanın "El Pais", Almaniyanın "Die Zeit" və başqa nəşrlər internet nəhəngi ilə ittifaqa daxil olublar. İT nəhəngi üç il ərzində yuxarıda sadalanan nəşrlərə öz layihələrinin inkişafı üçün qrantlar ayıracaq, həmçinin jurnalistlərin internetdəki fəaliyyəti üzrə təlimlər keçirəcək.

"Google"un Avropada strateji inkişaf direktoru Karla D'Asaro Bondo "FT" nəşrinə müsahibəsində deyib ki, şirkət Avropa KİV-nin tənqidinə hədəf gələn "Google Ardı »

Internet YenilikleriBu mallar 10 faiz bahalaşacaq

Bu mallar 10 faiz bahalaşacaq

Beyaz.Az mincom.gov.az-a istinadən xəbər verir ki, “Gartner” analitik şirkəti valyuta məzənnələrinin dəyişməsi ilə əlaqədar kompüterlərin bahalaşacağını bildirir. Analitiklərin proqnozlarına görə, 2015-ci ildə Avropa və Yaponiya bazarlarında fərdi kompüterlərin qiyməti 10 faiz artacaq.

“Hazırda biz dolların digər əksər valyutalara nisbətdə kəskin bahalaşmasının şahidi oluruq ki, bu da şirkətlərin gəlirlərinə öz təsirini göstərir. 2015-ci ilin əvvəlindən yerli valyutaların dəyərinin 20 faiz azaldığı Avropa və Yaponiyada fəaliyyət göstərən kompüter istehsalçıları mənfəəti saxlamaq üçün qiymətləri artırmağa məcburdurlar”, - "Gartner”in tədqiqatlar üzrə direktoru Rancit Atval deyib.

Ekspertlərin proqnozuna görə, 2015-ci ildə Qərbi Avropa sakinləri kompüter elektronikasının alışına təxminən 116 milyard dollar (dolların məzənnəsinin dəyişməsi nəzərə alınmadan) xərcləyəcəklər. Bu, Ardı »

Internet YenilikleriMail.Ru agentliyi VKontakte-ı aldı

Kremlə yaxınlığı ilə tanınan biznesmen şəbəkəni 1 milyard 500 milyon dollara alıb.

Usmanovun sahibi olduğu mail.ru agentliyi bu barədə xəbər yayıb, Mail.ru Vkontakte sosial şəbəkəsində səhmlərin 48 faizini almaqla bütün səhmlərə sahib olub.

Qeyd edək ki, mail.ru ilk dəfə 2007-ci ildə Vkontakte saytına investisiya etmişdi və o vaxtdan bu sayta 2 milyard 100 milyon dollar pul qoyub.

Vkontakteni yaradan və onun keçmiş rəhbəri olan Pavel Durov bu ilin əvvəlində Rusiyanı tərk edib.

Onu da bildirək ki, Alişir Usmanov İngiltərənin "Arsenal" klubunun sahibidir. Ardı »

Internet Yenilikleri“Vikipediya”da Azərbaycan kontenti artır

Bu günə onların sayı 100 mini ötüb.

“Vikipediya” onlayn ensiklopediyasında Azərbaycan dilində olan məqalələrin sayı 100 mini ötüb və beləliklə, bu layihə “Vikipediya”nın 10 000+ bölməsindən 100 000+ bölməsinə keçib.

Oxu.Az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan dilində “Vikipediya” 2004-cü ilin yanvarından “az.wikipedia.org” ünvanında fəaliyyətə başlayıb.

“Vikipediya”da Azərbaycan kontentin artırılması üçün ötən il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparıb.

Araşdırmanın nəticəsi olaraq, “VikiHərəkat” layihəsi həyata keçirilib və bu çərçivədə “Vikipediyaçının masaüstü kitabı” hazırlanıb. Hazırda Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında ölkəmizlə əlaqədar məlumatların inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir. Ardı »