beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Google mediaya 150 milyon dollar ayıracaq
Google mediaya 150 milyon dollar ayıracaq

"Financial Times" nəşri yazır ki, Avropanın 8 qəzeti internetdə öz fəaliyyətini yaxşılaşdırmaq üçün "Google" şirkəti ilə ittifaqa daxil olub. ABŞ şirkəti internet KİV layihələrinin inkişafına yalnız məsləhətlərlə kömək deyil, həm də 150 milyon avro ayıracaq.

Beyaz.Az ICTnews-a istinadən bildirir ki, "Financial Times", Britaniyanın "Guardian", İspaniyanın "El Pais", Almaniyanın "Die Zeit" və başqa nəşrlər internet nəhəngi ilə ittifaqa daxil olublar. İT nəhəngi üç il ərzində yuxarıda sadalanan nəşrlərə öz layihələrinin inkişafı üçün qrantlar ayıracaq, həmçinin jurnalistlərin internetdəki fəaliyyəti üzrə təlimlər keçirəcək.

"Google"un Avropada strateji inkişaf direktoru Karla D'Asaro Bondo "FT" nəşrinə müsahibəsində deyib ki, şirkət Avropa KİV-nin tənqidinə hədəf gələn "Google News" xidmətinin iş strategiyasını dəyişdirə bilər. "Mən mətbuat üçün daha yaxşı olanı etmək istəyirəm və bilirəm ki, biz bunu edə bilərik" – o deyib.


Tarix: 04.05.2015 / 11:04 Müəllif: Aziza Baxılıb: 192 Bölmə: Internet Yenilikleri