beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Komovik

Tərkibi:
10 kartof
1-2 yumurta
0,5 st. un
1 x.q. yağ
duz
istiot

içi üçün:
0,5 st. lobya (yaxud 1 banka lobya konservi)
0,5 st. buğda (və ya düyü)
2 baş soğan
2-3 x.q. yağ
duz
istiot

Hər iki variantda komovik hazırlamaq olar - ayrılıqda lobya, yaxud buğda (düyü) ilə.
Kartofu qabıqlı bişirin.
Təmizləyib ət maşınından keçirin.
Yumurta, duz və un əlavə edib xəmir yoğurun.
Lobyanı qaynadıb (yaxud lobya konservini) ət maşınından keçirin.
Soğanı xırda doğrayıb yağda qovurun.
Buğdanı duzlu suda qaynadın.
Soğanı hər iki içə əlavə edin.
Qarışdırıb duz-istiot vurun.
Uzunsov kündə tutun, içinə iç qoyub peraşki formasına salın.
Una batırın.
Bunları yağlanmış siniyə düzün.
Hər iki üzünü yağda qızardın. Yaxud üzərinə yumurta çəkib 180 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə, qızaranadək bişirin.
Süfrəyə xama ilə verə bilərsiniz.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:53 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Dünya mətbəxi