beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çuçvara

Tərkibi:

iç:

500 q qoyun əti
250 q quyruq
350 q baş soğan
keşniş toxumu
qara istiot
zirə
keşniş, reyhan, nanə (istəyə görə) qurusu

xəmir:

5 yumurta
1 st. su
duz
700-1000 q un (artıq da ola bilər)

İç üçün olan ərzağı qarışdırın. Bunu artırıb-azalda da bilərsiniz. Əsas odur ki, 1 hissə qoyun ətinə yarım hissə quyruq götürəsiniz, soğan da bol olmalıdır.Duz, yumurta, su və undan xəmir yoğurun. Xəmir bərk olmalıdır. Qida plyonkasına bükün, 30-40 dəqiqə saxlayın, sonra bir dəfə də ətləyin.
Nazik yayın. Tərəfi 2,5 sm olan kvadratlara bölün. İçdən xırda-xırda hər kvadratın ortasına qoyub bükün. Cəld tərpənmək lazımdır, çünki xəmir quruyanda yapışmır. Ən yaxşısı - köməkli bükməkdir. Bükmək də asandır. Əvvəlcə diaqonal üzrə qatlayın (baş yaylığı kimi). Qıraqlarını bərkidin. Sonra altdakı (enli tərəfdəki) iki qırağı çeçələ barmağınızın ətrafına keçirib bərkidin. Hazırdır.

Sous:

Soussuz özbək düşbərəsi düşbərə olmaz ki…
Yağda soğanı qovurun, sarıkök, sarımsaq, yerkökü, zirə və keşniş toxumu əlavə edin.
Doğranmış, yaxud sürtgəcdən keçirilmiş pomidor əlavə edib bişirin (pomidor yoxdursa, tomat pastası və sudan istifadə edin). Şirin bibəri (istəyən çili də əlavə edə bilər) doğrayıb əlavə edin. Kərəviz, göyərti qurusu da qatın. Özbəklər "cambul" adlı göyərtidən istifadə edirlər. Amma olmayanda dağ kəkotusundan istifadə etmək olar. Azca bulyon (yoxdursa, su) əlavə edin, ocağı azaldın, qaynara düşəndə isə ocaqdan götürüb ağzına qapaq qoyun. Düşbərəni yaxşı olar ki, bulyonda bişirəsiniz. Yoxdur? Eybi yox. Qazanı su ilə doldurub ocağın üstə qoyun. Soğanı və yerkökünü xırda doğrayın, dəfnə yarpağı, dənəvər istiot, duz əlavə edin. Qaynara düşəndə düşbərəni salın. Əvvəlcə kasalara sous çəkin.Sonra düşbərələri qoyun. Düşbərənin bişdiyi bulyondan əlavə edin. Üzərinə xırda doğranmış göy soğan, başqa sevdiyiniz göyərti səpin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:06 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Dünya mətbəxi