beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ovçusayağı toyuq

Tərkibi:


Bİr ədəd kilo yarımlıq toyuq – tikələrə bölün
1 ədəd iri soğan - 8 yerə bölün
2 ədəd quru dəfnə yarpağı
2 zoğ təzə rozmarin
2 xörək qaşığı kərə yağı – xırda kubiklərə doğrayın
Yarım kilo pomidor (5-7 ədəd) – soyun, ikiyə bölün, iridirlərsə, hər yarını 3-4 yerə bölün
Zövqə görə duz və istiot
Dörtdə bir stəkan zeytun yağı

Hazırlanması:

Sobanı 205Cdək qızdırın. Ölçüləri 33 x 22 X 5 sm olan soba istisinə dəyanıqlı tavanı/qabı (mən istiyə dəyanıqlı şüşə qabda bişirirəm).
Buraya əvvəlcə toyuq və soğanı yerləşdirin. Dəfnə yarpağı və rozmarini toyuq və soğanın arasında yeləşidrin. Üstünə kərə yağını yerləşdirin. Pomidorları kəsilmiş tərəfi aşağıda olmaq şərtilə toyuğun ətrafında şəkildə gördüyünüz kimi düznü. Toyuğun üstünə zeytun yağı tökün. Duz və istiotlayın. Yeməyi sobada toyuğun üstü bir az qızarana və yeməyin suyu çıxanadək bişirin, təxminən bir saat yarım ərzində.

Nuş Olsun!


Tarix: 29.11.2014 / 14:07 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Dünya mətbəxi