beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çarşaf börəyi

Tərkibi:
xəmir:
1 kq un
duz
su
1 st. bitki yağı

İç:
0,5 st. bitki yağı
2 orta boy soğan
400 q qiymə
1 dəstə çuğundur yarpağı (pazı)
duz
istiot

Üzərinə:
3 x.q. əridilmiş kərə yağı
1 yumurtanın sarısı

Unla duzu qarışdırın. Az-az su əlavə edərək xəmir yoğurun, çox yumşaq olmasın.

Soğanları xırda doğrayın, bitki yağında rəngi dəyişənə qədər qovurun, qiyməni əlavə edin. Qiymə bişdikdən sonra xırda doğradığınız çuğundur yarpaqlarını, duz və istiot əlavə edin. Çuğundur yarpağı rəngini dəyişənədək qovurun, sonra ocaqdan götürün.

Xəmirdən qopararaq əlinizlə boşqab böyüklüyündə, 1 sm qalınlığında yayın. Hər iki üzünə bitki yağı çəkib üst-ütə qoyun. 20 dəqiqə saxlayın.

Sonra masanın üstünə qida plyonkası sərin. Hər bir lavaşı üzərinə qoyun, əlinizi arada bitki yağına batıraraq lavaşı yayıb böyüdün. Adi lavaş qalınlığına (1 - 2 mm) gələnədək böyüdün.

Üzərinə içi yayın. Qida plyonkasının köməyilə rulet kimi bükün. Yağlanmış yumru siniyə qoyun, spiral kimi (öz ətrafında) bükün.

Bütün lavaşları eyni qaydada hazırlayıb siniyə qoyun (spiralın davamı kimi, bir rulet bitincə o birini onun davamı kimi qoyun).

Üzərinə əridilmiş kərə yağı gəzdirin. 1 yumurtanın sarısını çalın, börəyin üzərinə çəkin.

180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:28 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Dünya mətbəxi