beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lobya paştetindən rulet

Tərkibi :

400 q lobya
200 q qoz
3-4 diş sarımsaq
duz
üyüdülmüş keşniş toxumu
qara və qırmızı istiot
150 q yumşaq kərə yağı

Hazırlanması :

Lobyanı artlayıb yuyun, bir gecə soyuq suda saxlayın.

Sabahı gün suyu süzün, yeni su əlavə edib orta itilikdə ocaqda hazır olanadək bişirin, soyudun.

Lobyanın qaynadığı suyun 1 stəkanını saxlayın, qalanını atın.

Bişmiş lobyanı, qozu, sarımsağı, duzu, qara və qırmızı istiotu, keşniş toxumunu blenderdə xırdalayın. Quru alınsa, tədricən ayırdığınız lobya suyundan əlavə edin (təxminən 0,5 st. lazım olacaq).

Masanın üstünə qida plyonkası çəkin, üzərinə lobya püresini 1 sm qalınlıqda döşəyin. Üzərinə yumşaldılmış yağ çəkin, qida plyonkasının köməyilə rulet kimi bükün, elə həmin plyonkayla birlikdə soyuducuya qoyub iki saat saxlayın.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:08 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Dünya mətbəxi