beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərəvəzli pide

Xəmiri üçün:
4 su stəkanı un
1 su stəkanı ilıq süd
40 qr yaş maya
1 yumurta
1 qəhvə fincanı ərinmiş yağ
2 yemək qaşığı günəbaxan yağı
Duz

İçlik üçün:

1 balqabaq
1 kök
4 göbələk
2 pomidor
1 acı bibər
2 yemək qaşığı günəbaxan yağı
Duz
Qara bibər
Kənarları üçün:
1 yumurta asarısı
Hazırlanması:
Xəmir üçün lazımlı vəsaitləri dərin bir qabda yoğurub yarım saat saxlayın. Balqabaq ilə kökü rəndələyin. Bibəri doğrayın. Kök, balqabaq və bibəri günəbaxan yağında qızardın. Göbələkləri kiçik doğrayıb əlavə edin. Pomidorların qabığını soyub kiçik parçalar şəklində doğrayaraq əlavə edin. Duz, qara bibər ilə dadlandırın. Soyumağa buraxın. Xəmirdən parçalar qoparıb unladığınız dəzgahda yumrular açın. Ortasına tərəvəzli qarışıq yayıb kənarlarını içə doğru yüngülcə qıvırın. Kənarlarına yumurta sarısı sürtüb 180 dərəcə sobada qızarana qədər bişirin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 14:30 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Dünya mətbəxi